VAXTIN SÜRƏTLƏ GETMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zaman qısalmadıqca Qiyamət qopmaz”130. Əbu Hureyrə, Ənəs - radıyallahu anhm – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay həftəyə, həftə günə, gün saata, saat da xurma yarpağının yanıb kül olması qədər olacaqdır»131. Zamanın qısalmasıyla bağlı alimlərin dəyişik görüşləri vardır: 1. Bundan qəsd zamandakı bərəkətin az olmasıdır. 2. Bundan qəsd Mehdi və İsa - əleyhissəllam - ın zamanında olacaq həyatın insanlara xoş gəlməsi, əminliyin və ədalətin artmasıdır. Buna görə də uzun olsa da belə xoş günlərin insanlara qısa gəlməsi, qısa da olsa acı günlərin onlara uzun gəlməsidir. 3. Bunda qəsd o, zamanda uzaqda yaşayan insanların sürətli vasitələrlə tez bir zamanda istədikləri yerə getmələridir. 4. Dəccəl çıxdığı vaxt günlərin uzun olduğu kimi, qısa da olacaq132.
Dostları ilə paylaş: |