«Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla danışıb (bizim adımızdan): «İnsanlar ayələrmizə inanmadılar» deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur. Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəbbətul Ard, Musanın əsası və Süleymanın möhürü bir yerdə çıxacaqdır. Möhür ilə möminin üzünü parladacaq, əsa ilə kafirin burnunu qıracaqdır. Mömin ilə kafir tanınacaqdır»366.