QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


İBN SƏYYAD BARƏDƏ VARİD OLAN HƏDİSLƏR



Yüklə 0,92 Mb.
səhifə61/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   57   58   59   60   61   62   63   64   ...   80
İBN SƏYYAD BARƏDƏ VARİD OLAN HƏDİSLƏR

İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idik. İçərilərində İbn Səyyad olan bir qrup uşaqların yanına gəldik. Uşaqlar qaçdılar. İbn Səyyad isə oturdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ondan xoşlanmadığı bir halı var idi. Peyğəmbər: «Mənim Allahın Rəsulu olduğuma şəhadət edirsənmi?» deyə buyurdu. O: «Sən də mənim Peyğəmbər olduğuma şəhadət edərsənmi?» dedi. Peyğəmbər: «Cənnətin torpağı nədir?» deyə buyurdu. O: «O, yumşaq və bəyazdır, iyisi isə miskdir» dedi. Peyğəmbər: «Sən doğru dedin» buyurdu. Peyğəmbər: «Sən nə görürsən?» deyə buyurdu. O: «Mən su üzərində bir taxt görürəm» dedi. Peyğəmbər: «Sən dərya üzərində İblisin taxtını görürsən. Bundan başqa nə görürsən?» deyə buyurdu. O: «Mən bir (iki) doğru söyləyən və bir (iki) yalan söyləyən görürəm. Mənə doğru xəbər də gəlir, yalan xəbər də» dedi. O: «Qəlbimdə sənin üçün bir şey saxladım?» dedi. Peyğəmbər: «Nədir o!» deyə buyurdu. O: «Duhh (Duman)» dedi. Peyğəmbər: «Sus, həddi aşma» dedi. Bu sözlərdən sonra Ömər - radıyallahu anhu – dedi: «Ya Rəsulullah! İzn ver onu öldürüm». Peyğəmbər: «Əgər fikirləşməkdə olduğun (Dəccəl) bu uşaqdırsa sən onu öldürməyə əsla müqtədir olmayacaqsan. O, Dəccəl deyilsə onu öldürməkdə sənin üçün bir xeyir yoxdur» deyə buyurdu291. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, İbn Səyyad ilə Məkkəyə gedən yolda yol yoldaşı oldum. Bir yerdə qonaqladıq. İnsanlar ayrı-ayrı yerlərə dağıldılar. Mən onunla bir yerdə qaldım. Lakin məni onun haqqında eşitdiyim sözlər narahat edirdi. O, əşyalarını gətirib mənim əşyalarımla bərabər qoydu. Mən: «Hava çox istidir, sən əşyalarını o, ağacın altına qoysaydın» dedim. Həmən dediyimi yerinə yetirdi. Bu vaxt yanımızdan bir qoyun sürüsü keçirdi. İbn Səyyad gedib bir bardah dolusu süd gətirdi və: «Ya Səid! İç» dedi. Mən: «Hava çox istidir, sütdə çox istidi» dedim. Südü içməməyimə səbəb yalnız onun əlindən bir şey almamağıma görə idi. O: «Ya Səid! İnsanların bəziləri mənim Dəccəl olduğumu iddia edirlər. Sən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədislərini ən yaxşı bilən birisisən» dedi. Məgər sən Peyğəmbərin: «Dəccəlin uşağı yoxdur» dediyini eşitmədinmi? dedi. Mən: «Bəli, eşitdim» dedim. O: «Dəccəl Mədinəyə və Məkkəyə girməyəcəkdir» dedi. Mən isə Mədinə doğuldum və indi də Məkkəyə getmək istəyirəm. (Başqa rəvayətdə: «Peyğəmbər: «Şübhəsiz ki, Allah Dəccələ Məkkəni haram etmişdir» deyə buyurmuşdu. Halbuki mən həcc etmişəm»). Ey Muhəmmədin səhabəsi! Allahın Peyğəmbəri: «O, (Dəccəl) bir Yəhudidir (Başqa rəvayətdə: «O, kafirdir»)» deyə buyurmamışdı. Halbuki mən müsəlman olmuşam. Lakin Vallahi mən Dəccəlin nə vaxt və harada doğulduğunu və indi harada olduğunu çox yaxşı bilirəm. Mən onun atasını da, anasını da tanıyıram. Bir nəfər: «Sənin o, adam (Dəccəl) olmağın səni sevindirərdimi?». O: «Əgər onun pis sifətləri məndə olsaydı mən onları pis qəbul etməzdim» dedi. İbn Səyyadın bu sözlərindən sonra mənim zehnim qarışdı və bu sözləri məndə şübhə doğurdu292. Məhəmməd b. Munkər deyir ki, Cabir b. Abdullah - radıyallahu anhu – nu gördüm ki, o İbn Səyyadın Dəccal olduğunu Allaha and içərək söylədi. Mən də: «Sən Allaha and içirsən» dedim. O: «Mən Ömər - radıyallahu anhu – dan eşitdim ki, o Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında İbn Səyyadın Dəccəl olduğuna and içmiş Peyğəmbər – sallallahu aleyhi və səlləm – də onun bu andını rədd etməmişdir»293. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu sorğu-sual etdikdən sonra ona bir şey etmədi. Çünki onun Dəccəl olduğuna dair ona bir vəhy gəlməmişdir. Ayrıca Ömər - radıyallahu anhu – onun Dəccəl olduğuna dair Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında and içmiş Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu rədd etməmişdir.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin