Sual: Fasiqin bilinməyən digər günahları da ifşa edilə bilərmi?
Şəhidi-Əvvəl və Şəhidi-Sani kimi bir çox alimlərimiz bunun caiz olmadığı açıq-aşkar vurğulamışlar.3
Şeyx Ənsari isə, bu mövzuda belə deyir: «Fisqini aşkar edən şəxsin hörmətinin qalmadığını bildirən rəvayətlərə görə, hər bir hallarda fasiqin qeybəti caizdir. Necəki, bəzi alimlərimiz də bu mövzunu açıq-aydın olaraq müdafiə etmişlər».
Şeyx Yusif Bəhrani «Hədaiqun-Nazirə» adlı kitabında bəzi alimlərin özlərinə isnad edərək, aşkar günah edənlərin qeybətinin mütləq olaraq caiz olduğunu bildirmişdir.4
Sual: Bir yerdə fasiq olaraq bilinən şəxsin başqa bir yerdə qeybətinin edilməsinin hökmü nədir? Və yaxud, öz vilayətində aşkar günah işlətməkdən çəkinməyən və başqa bir yerdə yaxşı insan olaraq tanınan və o tərəfdə aşkar günah etməkdən çəkinən şəxsin qeybətini etmək caizmidir?
Şeyx Ənsari belə deyir: «Qeybətin bu hallarda caiz olduğunu bildirən rəvayətlər, sadəcə günaşı hər yerdə edənləri əhatə etmişdir».
Nəticə olaraq; Aşkar günah edən bir şəxsin qınanması və alçaq tutulması nə qədər caiz olsa da, belə insanların qeybəti, sadəcə olaraq günahı bilinən yerlərdə caizdir. Çünki, qınamaqla insanın qüsurunu yaymaq tam fərqli şeylərdir.1
Dostları ilə paylaş: |