Məhsuldar əmək--Məhsuldar əmək maddi sərvətlər yaradılmasına yönəldilən və haqqı ödənilən əməkdir. Şagirdlər həyətyanı sahədə məhsul yetişdirməklə bu növ əməkdə iştirak edirlər.
İctimai-faydalı əmək – şagirdlərin əmək tərbiyəsi sisteminin əsasını təşkil edir. Ictimai-faydalı əmək –dəqiq, təmmənnasız, ictimai əhəmiyyət daşıyan, məqsədyönlü, planlı, şüurlu, könüllü fəaliyyətdir. Ictimai-faydalı əmək prosesində şagirdlərdə aşağıdakı şəxsi keyfiyyətlər formalaşır:
xeyirxahlıq; təmənnasız yardım; həmrəylik; ictimai məsuliyyət; yaradıcı fəallıq və müstəqillik; başqalarının əməyinə hörmət; mütəşəkkillik; vətəndaşlıq hissi və s.