4
I.
SEÇKİ HÜQUQU VƏ ONUN
HÜQUQİ MÜDAFİƏ STANDARTLARI
1.
BEYNƏLXALQ HÜQUQİ AKTLARDA
SEÇKİ HÜQUQU
Seçki hüququ obyektiv mənada vətəndaşlara seçkilərdə iştirak etmək
qaydalarını müəyyənləşdirən və praktikada bunu tənizmləyən hüquq
normaları toplusu barədə konstitusiya tələbidir.
Seçki hüququ subyektiv mənada vətəndaşların seçib-seçilmək
hüququdur.
Seçki hüququ aktiv və passiv seçki hüququ kimi iki yerə bölünür.
Aktiv seçki hüququ
- vətəndaşın dövlət hakimiyyəti orqanlarına və
yerli idarəetmə orqanlarına seçmək, referendumda və demokratiyanın
digər formalarının həyata keçirilməsində iştirak hüququdur. Bu
hüquq ona görə aktiv adlandırılır ki, onu vətəndaşın özü öz
hərəkətləri ilə reallaşdırır: bəzən qeydəalma forması ilə seçki
siyahısına daxil edilməli, seçki məntəqəsinə özü gəlməli, bülleteni
alıb onu doldurmalı, səs vermək istədiyi namizədləri, yaxud siyasi
Dostları ilə paylaş: