135
Qeyd etmək lazımdır ki, prolinin imin qrupunun əmələ gətirdiyi peptid
rabitəsi digər peptid rabitələrindən fərqlənir. Çünki prolinin imin qrupu peptid
rabitəsinə girərkən, yeganə hidrogen atomunu itirir və 3 ədəd karbon atomu ilə
birləşmiş vəziyyətdə olur.
Polipeptidlərin adlarını yazmaq üçün
onların tərkibinə daxil olan aminturşuların
adlarının ixtisar edilmiş formalarından da
istifadə edilir. Bu üsuldan istifadə edildikdə
peptidlərin uc amin qrupu (N-terminal his-
sə) H ilə, karboksil qrupu (C-terminal
hissə)-OH işarəsi ilə göstərilir, amintur-
şuların amidləri
–
NH
2
(məsələn, qlutamin
–
qlu-NH
2
), disulfid körpücükləri
–
S
–
S
–
lə
işarə edilir. Yuxarıda strukturu təsvir edilmiş tetrapeptidin adı bu üsulla H-qli-
ala-ley-ser-OH, dipeptidin adı isə H-ala-pro-OH kimi yazılır. Zülalların peptid
qrupları
keto
və
enol
formalarda ola bilər; bunlara tautomer formalar deyilir
(bir maddənin asanlıqla bir-birinə çevrilə bilən izomerlər şəklində mövcud-
luğu).
Peptid rabitələri zülal molekullarında olan aminturşu qalıqlarının bir-birilə
əlaqələndirilməsində ən mühüm vasitə olsa da, yeganə rabitə növü deyil.
Onlardan əlavə, peptid zəncirləri arasında disulfid və hidrogen rabitələri,
həmçinin turş və qələvi xassəli funksional qruplar arasında elektrostatik cazibə
sayəsində yaranan ion rabitələri mövcuddur.
Dostları ilə paylaş: