171
masının mitoxondrilərini karnozin və anserin olan məhlulda saxladıqda onlarda
oksidləşmə və fosforlaşma prosesləri arasındakı mütənasiblik sabit qalır.
Karnozin və anserin əzələlərin fiziki yorğunluqla əlaqədar olan vəziyyətinin
aradan qalxmasını sürətləndirir. Görünür bu, adı çəkilən dipeptidlərin bioloji
oksidləşmə prosesinə təsiri ilə əlaqədardır.
Haqqında məlumat verdiyimiz peptidlərdən başqa, orqanizmdə tsiklik
strukturlu peptidlərə də rast gəlmək mümkündür. Hipofizin arxa payının
hormonları
–
vazopressin
və
oksitosin
bunlara misal ola bilər.
Təbii peptidlərin böyük bir qrupunu təbabətdə müalicə vasitəsi kimi tətbiq
edilən antibiotiklər təşkil edir. Hazırda məlum olan antibiotiklərin 100-ə qədəri
(o cümlədən, penisillin, sefamezin, qramisidin C və b.) peptid strukturuna
malikdir. Zəhərli göbələklərin toksinləri arasında da peptid strukturlu birləş-
mələr geniş yayılmışdır (amanitinlər, filloidin, muskarin).
Dostları ilə paylaş: