158
Burada
–
həlledici ilə zülalın sərhədinin dəyişmə sürətini (sm/san. ilə),
– sentrifuqanın hərəkətinin bucaq sürətini (rad/san-lərlə), r isə fırlanma
radiusunu (sentrifuqanın mərkəzindən içərisində məhlul olan sınaq şüşəsinin
yerləşdirildiyi “yuvacığın” mərkəzinə qədər olan məsafəni (santimetrlərlə)
ifadə edir. Sedimentasiya sürəti saniyələrlə ifadə edilir. Bu göstəricini ifadə
edən 1
10
-13
saniyəlik müddət 1 sedimentasiya vahidi hesab edilir; sedimen-
tasiya vahidinə Svedberqin adı verilmişdir. Sedimentasiya əmsalı müəyyənləş-
dirildikdən sonra məhlulda olan zülalın molekul kütləsi (M) digər göstəricilərə
(həlledicinin və zülalın sıxlığı, diffuziya əmsalı, zülal molekulunun həcmi və
s.) görə aşağıdakı düstur vasitəsilə hesablanır:
M =
)
1
(
V
D
S
T
R
−
Burada
R
–
qaz sabiti [erq/(mol.dərəcə)];
T
–
mütləq temperatur (Kelvin
şkalası üzrə);
S
–
sedimentasiya sürəti;
–
həlledicinin sıxlığı;
V
–
zülal mo-
lekulunun parsial xüsusi həcmi;
D
isə diffuziya əmsalıdır.
Son vaxtlarda zülalların molekul kütləsini müəyyənləşdirmək üçün nis-
bətən sadə üsullardan istifadə edilir. Bu üsullar xromatoqrafiya və elektroforez
vasitəsilə aparılan tədqiqata əsaslanır. Sedimentasion analiz üsulundan fərqli
olaraq, xromatoqrafiya və elektroforez üsulları az vaxt tələb edir və onları
aparmaq üçün çox qiymətli cihazlara ehtiyac yoxdur.
Yuxarıda adı çəkilən tədqiqat üsullarının hər birinin özünəməxsus mənfi
cəhətləri vardır. Buna görə dəqiq nəticə almaq üçün çox vaxt bu üsullardan
birlikdə istifadə etmək lazım gəlir.
Dostları ilə paylaş: