42
Plüyuoristik cəmiyyətlər o cəmiyyətlərə deyilir ki,
burada müxtəlif ideologiyalar həyata keçirilir.
Müasir dövlət qurumları öz ideolojiya və idarəetmə
prinsiplərinə görə iki əsas sistemə bölünür:
1. Demokratik sistemlər.
2. Totalitar sistemlər.
Demokratiya ideologiyası başlanğıcını qədim yunan-
lardan götürmüşdür ki, onun da əsasını qərar qəbul etmə
presesində bütün vətəndaşların iştirakını təmin edir.
Müasir siyasi demoktarik sistemlərin xarakterik
xüsusiyyətləri aşağıdakılardır:
1. Vicdan azadlığı, söz, mətbuat və təşkilatlarda
iştirak;
2. Səsverənlərin onları təmsil edəcək nümayəndələ-
rin seçilməsi ilə başa çatan azad seçkilər;
3. Tutulmuş vəzifədə müəyyən müddətə kimi fəaliy-
yət göstərmək;
4. Müstəqil seçkili məhkəmə sistemi;
5. Dövlətin nisbi açıqlığı.
Totalitar dövlətlərdə qərar qəbul edilməsində yalnız
bir qrup vəzifəli şəxslər iştirak edir.
Bu rejimlər teokratik və totalitarizm olmaqla islam
ölkələrinə xasdır və bəzi Latın Amerikası ölkələrinə aiddir.
Digər totalitar rejimlərə kommunist rejimləri də da-
xildir. Bu rejimlər K.Marksın və B.İ.Leninin nəzəriyyələ-
rinə əsaslanan proletar diktaturasina əsaslanır və sosial in-
qilabların nəticəsində yaranır.
Dostları ilə paylaş: