Balsan: Siz hamı üçün məşhur modelyer madmuazel ola bilərsiz, mənim üçün monastrdan qaçan, yetimxanada böyüyən, barlarda mahnı oxuyan bir Kokosunuz. Bunu unutmayın!
Şanel: Mən kim olduğumu heç vaxt unutmaram, misyö! Sizdən də ricam, siz bir qadının zəif və bədbəxt həyatını hər dəfə onun üzünə vuran əclaf olduğunuzu unutmayasınız!
Balsan əlin qaldırıb ona şillə vurmaq istəyəndə İqor onun əlindən tutur, bu vaxt Balsan İqora yumruq vurmaq istəyir lakin, İqor onu qabaqlayır və bir yumruğuna Balsanı yerə sərir.