- 41 -
Sinif qiymətləndirilməsi (Classroom assessment) - Xüsusi ərazidə fərdi, yaxud qrup şəklində
şagirdlərin
əldə etdikləri bilik, bacarıq və vərdişləri xal verməklə qiymətləndirmək məqsədilə
müəllimlər
tərəfindən tətbiq olunan, vaxtaşırı inkişaf etdirilən, qiymətləndirmə.
Sinif müəllimi (Classroom teacher) - Körpələr evi, ibtidai və ya orta məktəb müəllimi.
Sinif rəhbəri (Mainstream class teacher) - Hər bir şagirdin cəmiyyət üçün yararlı
şəxsiyyət
kimi yetişdirilməsində, onun fərdi keyfiyyət və tərbiyəsinin formalaşdırılmasında məktəbə yardım
edən mütəxəssis-müəllim və şagirdlərlə cəmiyyət arasında mədəniyyət
mübadiləsini həyata keçirən
vasitəçidir.
Təlim-tədris prosesində həlledici rol oynayan sinif rəhbəri müəllimlərin birgə səyi ilə bütün sinfə
müxtəlif tərdris üsulları ilə elmi biliklərin aşılanması üçün çalışır, şagirdin fərdi inkişafına bilavasitə
nəzarət edir, sinfin ümumi səviyyəsini nəzərə alaraq əlverişli psixoloji şərait yaradır.
Dostları ilə paylaş: