Ayətullah hacı Seyyid Mehdi Ruhanidən bir neçə xoş söz
Rəhman və Rəhim Allahın adı ilə
Bəşər həyatında, tarixi dönəmlərdə, xüsusi ilə də müsəlman tarixində böyük təsirə
malik olan Qurani-kərimə onun məqamına layiq səviyyədə diqqət yetirilmədiyindən bu
ilahi kitab xalq arasında qərib qalmışdır. Hansı ki, Quranda “Biz Quranı öyüd üçün asan
etdik” buyurulur. Bununla belə, bir çoxları Quran dəyərlərini yaddan çıxarıb ona
diqqətsizlik göstərmişlər. Necə ki, keçmiş ümmətlər haqqında Quranda buyurulur:
“Onlara xatırladılanların bir hissəsini unutdular...”
1
(Qeyd)
Qurani-məcid əvvəldən axıradək bəşər üçün ilahi göstərişlərdən ibarətdir. Bütün bu
bəyanatlarla tanış olmaq zəruridir. Xüsusi ilə də bəşəriyyətin dünyəvi və əbədi səadət
yolunu göstərən ayələr və onlardakı nöqtələr haqqında düşünmək lazımdır. Qurani-
məciddə həzrət Peyğəmbərə (s) belə müraciət olunur: “Sənə nazil etdiyimiz mübarək bir
kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri öyüd götürsünlər.”
2
(Qeyd)
Bu müqəddimənin istəyi Qurani-məcidin bütövlükdə elə bir təfsirinin hazırlanmasıdır
ki, bu təfsirdə əsas diqqət ayələrin mənasının dərk olunmasına yönəldilsin. Məlum olsun
ki, hər bir ayənin məqsədi nədir, nəyə etiraz edir? Müasir dillə desək, bu təfsir “bəyani”
bir təfsir olsun.
Adətən, təfsir kitabları daha çox ədəbiyyat, onun şöbələri, kəlam elmi, məzhəbi
mübahisələr istiqamətində peşəkar araşdırmalarla məşğul olur. Hər bir mütəxəssis öz
ixtisasına aid terminlərlə araşdırma aparır. Bundan əlavə, mövzu haqqında söhbətlər
olduqca uzun çəkir və bu hal insanların Qurani-məcidlə bütövlükdə tanış olmasına mane
olur. Bəziləri isə Quran ayələrini şəxsi, çox vaxt isə yanlış əqidəsinin sübutu üçün əsas
gətirir.
Son zamanlar elm adamlarının ehtiyacına cavab verəcək bir təfsirin hazırlanması
zəruri görünürdü. Həmin təfsirin hazırlanmasında aşağıdakı məsələlərə diqqət yetirilməli
idi:
1. Təfsir həm sadə və yetərli, həm də güclü olmalı idi;
2. Quranın dərk olunmasını çətinləşdirən xüsusi terminlərdən pəhriz edilməli idi;
3. Həyat problemlərini həll edən, müsəlman cəmiyyətinə təqdim olunası, hətta tərcümə
edilib bütün dünyaya yayılası (bəşəriyyəti, təqva sahiblərini hidayət edəsi) mövzular
araşdırılmalı idi. Çünki Quran mətləbləri konkret bir zaman, fərd və ya cəmiyyətə aid
deyil;
4. Ayələrdən alınan nəticələrdə Quran ayələrinə istinad olunmalı idi. Rəyə və şəxsi
istəklərə, zəif rəvayətlərə əsaslanmaq olmazdı;
5. Həzrət Peyğəmbərin (s) göstərişi əsasında “Səqəleyn”dən (iki əmanətdən) biri olan
Əhli-beytdən nəql olunmuş mötəbər rəvayətlərə diqqət yetirilməli idi.
Bu prinsiplər Möhsün Qəraətinin təfsirində nəzərə alınmışdı. Əgər həmin
prinsiplərdən kənarlaşma müşahidə edilərsə, bu, məqsədli şəkildə edilməmişdir və
inşallah, gələcəkdə islah olar.
Ümid edirəm ki, dəyərli alim höccətül-islam Möhsün Qəraəti elmi keyfiyyətlərindən
əlavə, təfsir sahəsində zövq sahibidir və ilahi kəlmələrin lətafətini yaxşı dərk edir. Onun
öz təfsirini bu üsul və imtiyazlarla sona çatdıracağına ümidvaram.
1
“Maidə” 13.
2
“Sad” 29.
7
Uyğun təfsirin bir cüzdən çoxunu müəlliflə birlikdə müzakirə etdik və bəzi qeydlərimi
ona bildirdim.
Əziz müəllif hər bir ayəni sadə və yetərli bir şəkildə tərcümə etdikdən sonra onun
mahiyyətini şərh etmişdir. Uyğun şərhlərdə müəllifin “bildirişlər” adlandırdığı nöqtələrə
toxunulmuşdur. Əslində bu nöqtələr təfsirin ruhunu açıqlayır. Düzünə qalsa, bir çox
məqamlarda həmin nöqtələr müəllifin xüsusi ixtirasıdır və xüsusi təravətə malikdir.
Ümid edirəm ki, Qurani-kərim bir gün hövzə və universitetlərdə əsas mehvər olacaq.
Necə ki, imam Zeynəlabidin (ə) “Səhifeye-səccadiyyə” kitabında Quranın xətm duasında
buyurur: “Quran elə bir ədalət tərəzisidir ki, haqqın bəyanında dili qısa deyil.”
Ümid edirəm ki, əziz müəllifin təfsir şivəsi və ixtiraçılıq yolu Quranın ali
mətləblərinin gerçəkləşməsində irəliyə doğru bir addım olacaq. İnşallah, bu addım son
addım olmaz və nəzər sahibləri növbəti addımlarda bu üsulu təkmilləşdirərlər.
09 Rəbius-sani, 1414
Mehdi Hüseyni Ruhani
|