88
Sual cümlələrinin başqa bir qismi sual şəkilçilərinin (-mı, -mi, -mu, -mü)
köməkliyi ilə düzəlir. Məsələn;
Hə, buruq xoşuna gəldimi?
(M.M.) ; Məhəbbət
öz-özlüyündə gözəl duyğu deyilmi? (İ.Ə.).
Bu cümlələrin xəbərləri (gəldimi, deyilmi) sual ədatı ilə işlənmişdir. Sual
ədatları əksərən cümlənin xəbəri ilə əlaqədar olur. Lakin bəzən məntiqi vurğudan
asılı olaraq, başqa sözlərə də qoşula bilir.
Dostları ilə paylaş: