(A.Səhhət) 6) Dialoqlarda cümlələrin əvvəlində tire qoyulur.
- Yoldaşım, yatmışmısan? - Yox bir sözün varsa, buyur. - On manat qərz istərəm... - Yox, yox, bərabər, yatmışam (Sabir )
140
7) Müəllif sözü vasitəsiz nitqdən tire ilə ayrılır. Məs.;
- Oğul, - dedi – gecə isti su atanda bismillah deyərlər (T.Mahmud). ĠKĠ NÖQTƏ 1. Ümumiləşdirici sözdən sonra:
İnstitutun məqsədi azlıqlarla: etnik, dini, əlillər, qaçqın və köçkünlər,
ahılar, uşaqlar və başqaları ilə məşğul olan qeyri-hökumət təşkilatlarına kömək
etməkdir (“Azadlıq” qəzeti, 7 oktyabr 2004).
2. “Məsələn” və onun ixtisar şəklindən (məs.:) sonra.
Məsələn: 1. Şairi maraqlandıran problemlərin mərkəzində insan durur.
Səni yaz qatarı apardı tezdən Elə bil dünyanı Qarlı qış aldı. (N.Xəzri) 3. Dialoqlarda: Məs.:
Xosrov əvvəlcə soruşdu: “Hardansan cavan?” Fərhad cavab verdi: “Dost diyarından”. Dedi: “O dünyada hansı sənət var?” Dedi: “Qəmi alıb, canı satırlar” (N.Gəncəvi) ÜÇ NÖQTƏ 1. Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda qoyulur.
Məs.;
1) Axşam... Göy fikirli... Dəniz nigaran... (N.Xəzri) 2) – Əsgərlik yaşına çox var, heylədir, yoxsa yox? Gərək məktəbi bitirəsiniz, sonra... (C.Əlibəyli ).
141
2. Yüksək hiss-həyəcanla deyilib özündən sonrakı sözdən müəyyən fasilə
ilə ayrılan xitabdan sonra. Məs.;
Ay Qurban... Nə deyim bircə səni bağrıma basaydım, ondan sonra ölsəydim də, qəmim olmazdı