(M.Cəlal);
2. Bəlkə, səadətin rəngi
mavidir?
(N.Xəzri).
b) cümlənin ortasında gələn ara sözün hər iki tərəfində.
Məs.;
Onlardan
biri, nəhayət, ağır addımlarla qadının buz heykəlinə doğru gedir
(Ə.Məmməd-
xanlı).
c) cümlənin sonunda gələn ara sözdən əvvəl.
Məs.;
Yazda əkdiyim şaftalı
ağacı quruyur, deyəsən.
VI. Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusiləĢən cümlə
üzvündən əvvəl.
Məs.;
1. Bütün ölkələrin xalqları, o cümlədən də Azərbaycan xalqı terrorizmi
pisləyir və ona qarşı mübarizə aparır. 2. Göyün üzünə ulduzların səpələnməsinə
baxmayaraq, çayın vadisi qaranlıq idi
(İ.Şıxlı).
VII. Xitablarda vergül:
a) cümlənin əvvəlində gələn xitabdan sonra.
Məs.; “Ay ana, bircə saat
dincəl, ayaqların yoruldu, haldan düşdün”
(“Min bir gecə”).
A qardaşlar, iş başına!
Biz də bir iş görəlimm!
(Ə.Cavad)
138
b ) cümlənin ortasında gələn xitabdan əvvəl və sonra.
Məs.;
-
Adətimizdir, bala, səfərə çıxanın dalınca su atarlar
(G.H.).
c) xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül qoyulur.
Məs.;
Səhər çağı
Göy meşədən
Dərdim səni, ağ çiçək.
(N.Xəzri)
VIII. Nidalarda vergül
Alçaq tonla deyilən cümlələrdə nidadan sonra.
Məs.;
1. Əfsus, qocaldım ağacım düşdü əlimdən,
Səd heyf cavanlıq.
Dostları ilə paylaş: |