Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə20/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan şəxs əvvəlcə daxilən düşünür, sonra isə xarici nitqə keçir, yəni demək istədiyini sözlə ifadə edir. Fikri dinləyən isə əvvəlcə dinyəyir, sonra düşünür, daxili nitqdən keçərək müsahibinə müvafiq cavab verir.

Nitqin dioloji forması mükalimə də adlanır. Bu yığcam və ixtisar olunmuş nitqdir. Belə nitqdə ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox istifadə olunur. Nitqin bu növündə jest, mimika, əl-qol hərəkəti və s.-dən istifadə olunur. Dioloji nitqdə intonasiya əsas rol oynayır.



Monoloji nitq. Dioloji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikrin bir şəxs tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə olunmasıdır. Burada danışanın müsahib ilə əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin təsvir, təsdiqləmə, fikir söyləmə və s. vasitələrindən istifadə etməklə hər hansı bir məzmunun başqalarına çatdırılmasıdır. Bu nitq təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Belə nitq danışanın fikrinə uyğun olmalıdır. Şifahi monoloji nitq iki formada qurulur; təşkil olunmuş nitq, təşkil olunmamış nitq.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin