3. Bitməmiş istehsal üzrə normativ keçən ildə orta illik qalığın
həmin dövrdəki
xərclərə nisbəti kimi müəyyən edilir, norma ilə hesablanır, hazır məhsullar üzrə xüsusi
dövriyyə vəsaitinin normativi də həmin qaydada hesablanır.
4. Neft məhsulları üzrə norma keçən ildə minimum ehtiyatın keçən ildəki
məsarifə nisbəti kimi müəyyən edilir. Planlaşdırılan ildə məsarif və normadan istifadə
etməklə normativ hesablanır.
5. Gələcək dövrlərin xərcləri üzrə xüsusi dövriyyə vəsaitinin normativi –
planlaşdırılan əvvəlinə bu xərclərin qalığına gələcək dövrlərin planlaşdırılan xərcləri
əlavə edilir və planlaşdırılan ildə maya dəyərinə daxil edilən xərclər çıxılmaqla
müəyyən edilir.
6. «Yanacaq», «Sair material qiymətliləri», «Tara», «Azqiymətli və tez köhnələn
əşyalar» üzrə xüsusi dövriyyə vəsaitinin normativi bu materialların qalığının
istehsal
xərclərinin məbləğinə nisbəti kimi müəyyən edilən normalarına əsasən müəyyən edilir.
Fərdi normativlərin cəmlənməsi yolu ilə planlaşdırılan ilin axırına icmal
normativ müəyyən edilir. Icmal normativ ilin əvvəlinə olan göstərici ilə müqayisə
edilməklə artım müəyyən edilir. Xüsusi dövriyyə vəsaiti normativinin artımının
maliyyələşdirilməsi üçün mənfəət və digər xüsusi
vəsaitlərdən başqa möhkəm
passivlərin artımından da istifadə edilir.
KitabYurdu.az
206
ƏSAS FƏALIYYƏTIN QISAMÜDDƏTLI KREDITLƏŞDIRILMƏSI
Xidmətedici müəssisələr xüsusi vəsait çatışmadıqda bank kreditlərindən istifadə
edirlər. Əgər onlar ancaq istehsal funksiyalarını yerinə
yetirirlərsə əmtəə-material
qiymətlilərin və xərclərin normadan artıq ehtiyatına borc vəsaiti (kredit) alırlar. Kredit
müqaviləyə əsasən müəyyən edilən qədər verilir. Kredit alınması üçün tələb olunan
sənədlər banka təqdim olunmalıdır. Belə ki, kredit alınması üçün aşağıdakı sənədlər
banka verilməlidir:
xüsusi formada ərizə, kredit müqaviləsi, girov müqaviləsi,
girov
əmlakının qiymətləndirilməsi aktı, girov əmlakının sığortalanmasına dair şəhadətnamə.
Kreditləşmədə əsas sənəd kredit müqaviləsidir. Kredit müqaviləsində bankın və
kredit alanın kreditləşdirmənin prinsiplərinə əməl edilməsi üzrə qarşılıqlı öhdəliklərini
və iqtisadi məsuliyyətini müəyyən edilir. Kredit müqaviləsi bir il müddətinə, yaxud
daha qısa müddətə bağlana bilər.
Kredit müqaviləsində kreditin obyektləri, kreditin məbləği,
kreditin verilməsi və
ödənilməsinin şərtləri, kreditlərin istifadəyə görə faiz dərəcəsi,
xüsusi dövriyyə
vəsaitlərinin həcmi, kreditləşdirmə üçün zəruri olan sənədlərin siyahısı, onların banka
təqdim edilməsi vaxtı və s. göstərilir.
Kredit müqaviləsində aşağıdakı bölmələr vardır: bankın və borc alanın vəzifələri;
bankın və borcalanın hüquqları.
Dostları ilə paylaş: