4.Tikintidə daxili resursların səfərbərliyə alınması (tikintidə dövriyyə vəsaitlərinə
tələbatın azaldılması – ixtisar edilməsi);
5. Uzunmüddətli kreditlər;
6. Büdcə vəsaiti;
7. Sair mənbələr (pay haqları);
8. Investorların vəsaitləri.
Tikintinin xüsusiyyətləri podratçının maliyyəsinin bir sıra xüsusiyyətlərinə təsir
edir. Belə ki, tikinti obyektinin uzun müddət davam etməsi bitməmiş istehsalın
həcminin artmasına təsir edir, hansı ki, xüsusi dövriyyə vəsaitlərinin tərkibinə daxil
edilir. Bu da öz növbəsində təhvil verilən işlərdən pul gəlirlərinin qeyri-bərabər daxil
olmasına səbəb olur.
Tikinti işləri iki üsulla yerinə yetirilir – podrat və təsərrüfat üsulları.
Podrat üsulunda işləri ixtisaslaşdırılmış təşkilatlar yerinə yetirirlər. Podratçı ayrı-
ayrı işlərin yerinə yetirilməsi üçün subpodrat müqaviləsinə əsasən subpodratçı cəlb edə
bilər. Bu halda podratçı baş podratçı kimi çıxış edir və bütün işə görə cavabdeh olur.
TIKINTI-QURAŞDIRMA IŞLƏRININ XƏRCLƏRININ TƏRKIBI
Tikintidə kompleks xərclər həyata keçirilir: müstəqim və qeyri-müstəqim (birbaşa
və üstəlik xərclər).
Birbaşa xərclər – konstruksiyaların, hissələrin, materialların satın alınması və
daşınması xərcləri tikintidə çalışan fəhlələrin əsas əmək haqqı, tikinti maşınları və
mexanizmlərinin istismarı üzrə xərclər, sair birbaşa (müstəqim) xərclər.
Üstəlik xərclər – inzibati-idarə xərcləri, iş yerlərinə xidmət və istehsalın təşkili
üzrə xərclər.
Xərclərin həcmi - icmal smeta tərtib edilməklə hər bir tikinti obyekti üzrə
müəyyən edilir. Smeta tikintinin maliyyələşdirilməsi və hesablaşmaların aparılması
üçün əsasdır. Tikintidə dəyərin dörd növü vardır:
Dostları ilə paylaş: