MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


MÜHAZİRƏ MÖVZUSU: ƏMTƏƏ – PUL MÜNASİBƏTLƏRİ. BAZAR



Yüklə 362,16 Kb.
səhifə24/66
tarix18.11.2023
ölçüsü362,16 Kb.
#133008
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
M haziR M vzusu I QT sadi N Z R YY N n predmeti V metodu. P

MÜHAZİRƏ MÖVZUSU: ƏMTƏƏ – PUL MÜNASİBƏTLƏRİ. BAZAR
VƏ BAZAR İQTİSADİYYATI


P l a n:
1. Əmtəə istehsalı və təsərrüfatın təşkilati formaları.
2. Əmtəə və onun xassələri.
3. Dəyər formalarının inkişafı və pulun meydana gəlməsi
4. Bazarın mahiyyəti və təsnifatı.
5. Tələb və təklif. Bazar tarazlığı.
6. Bazar iqtisadiyyatinin qanunları və modelləri.
7. Müasir bazar infrastrukturu və onun iqtisadiyyatda rolu.
Ədəbiyyat:
1. Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə uyğun qurulması və
tənzimlənməsinin sosial-iqtisadi və hüquqi problemləri. Respublika elmi-
nəzəri konfransının materialları. Bakı 2009.
2. A.Əliyev, Ə.Qasımov. Azərbaycanın sosial-iqtisadi inkişafında
islahatların rolu. Bakı, “Azərbnəşr”, 1997.
3. A.Ə.Əliyev, A.Şəkərələyev . Bazar iqtisadiyyatına keçid: Dövlətin
iqtisadi siyasəti. Bakı, 2002.
4. S.Axundov, M. Axundov. Bazar iqtisadiyyatının əsasları.
5. İqtisadi nəzəriyyə. Dərslik. Bakı, 2014.
6. Макконел К.Р., Брю С.Л. Экономикс: принципы, проблемы и
политика. 2 т. М., 1996.
7. Шишкин А. Экономическая теория. М., Владос, 1997.



  1. Əmtəə istehsalı və təsərrüfatın təşkilati formaları.

Cəmiyyətin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi həyatın ümumi formaları fəaliyyət göstərir. İqtisadi həyatın ümumi formaları keyfiyyətcə bir-birindən fərqlənir və daimi xarakter daşımırlar. İqtisadi həyatın bu formaları və ya təsərrüfat təşkilinin ümumi tipləri ictimai əmək bölgüsü və iqtisadi inkişaf səviyyəsi ilə səciyyəvidirlər. Bu ümumi iqtisadi proseslər və hadisələr vaxtaşırı dəyişirlər və təsərrüfat formalarınını inkişafına təkamül yaradırlar.
Təsərrüfatçılığın elə formaları vardır ki, onlar istehsal üsulundan, istehsalın konkret tarixi formalarından asılı olmayaraq bütün dövrlərdə mövcud olmuş və ümumi qanunlarla idarə olunmuşlar. İstehsalın natural və əmtəə təşkili formaları buna misal ola bilər. Bunlar istehsalın ictimai təşkilinin tarixən mövcud olan iki əsas formasıdır.
Natural istehsal (təsərrüfat) bazar iqtisadiyyatının hakim olduğu kapitalizmə qədərki, bütün istehsal üsulları şəraitində təsərrüfatçılığın əsas forması olmuşdur. Bu təsərrüfat formasının qapalı xarakterdə olması onun başlıca cəhətidir. Natural təsərrüfatda istehsal olunan məhsul istehsalçının öz ehtiyaclarını, təsərrüfatdaxili tələbatın ödənilməsi məqsədi ilə istehsal olunur. Burada istehsal istehlaka uyğun gəlir və məhsul əsasən istehsalçı tərəfindən istehlak olunduğu üçün kənara getmir. Qapalı təsərrüfatın bu forması özü üçün məhsul hazırlayan icmalarda olmuşdur. Quldar latıfundiya təsərrüfatları da natural xarakterli olur. Patriarxal kəndli təsərrüfatları və feodal malikanə təsərrüfatları da əsasən natural idi. Təhkimli kəndli və feodal münasibətləri açıq şəkildə, bilavasitə insani münasibətlər şəklində meydana çıxırdı, natural xarakter daşıyırdı. Xidmətlər və mükəlləfiyyətlər natural formalarda həyata keçirilir. Feodalizm cəmiyyətində təsərrüfat bütövlükdə natural xarakterdədir və istehsal olunan məhsullar əsasən daxili tələbatların ödənilməsinə yönəldilir.
İstehsalın natural formada olması məhsuldar qüvvələrin inkişaf səviyyəsinin aşağı olması və ictimai əmək bölgüsünün zəif inkişafı ilə bağlıdır. Buna görə də istehsalın müxtəlif sahələri və müxtəlif peşələr arasında iqtisadi əlaqələr zəif olur. İstehsalın natural forması xarici iqtisadi əlaqələrin yolunu bağlayır, onu məhdudlaşdırır, istehsalın mütərəqqi inkişafına mane olur, iş qüvvəsi konkret bir sahəyə bağlanıb qalır. Kənd icmalarının min illərlə yaşamasının səbəbi də təsərrüfatın natural forması olmuşdur. Xüsusi mülkiyyətlə bağlı olan natural iqtisadiyyatlar qeyri-iqtisadi məcburiyyət və şəxsi asılılıq münasibətlərinə əsaslanır.
Bütün deyilənlər onu sübut edir ki, natural təsərrüfat iqtisadi münasibətlərin qapalı sistemidir. Bu sistemdə bazarla əlaqə çox zəifdir. Ölkənin daxili regionları arasında iqtisadi əlaqələr yox dərəcəsində olur.
Qərb ədəbiyyatında natural münasibətlər sisteminin üstün olduğu təsərrüfatları ənənəvi iqtisadiyyat adlandırırlar.
Təsərrüfatın təşkilinin əsas formalarından biri də əmtəə istehsalıdır. Əmtəə istehsalınını meydana gəlməsi ibtidai icma istehsal üsulunun dağıldığı dövrə təsadüf edir. O quldarlıq və feodal istehsalı şəraitində daha da inkişaf edir. Kapitalizmdə isə özünün ən yüksək zərvəsinə çatır və bazar iqtisadiyyatının genetik əsası olmaqla onun formalaşmasına səbəb olur. Əmtəə istehsalı təsərrüfat təşkilinin xüsusi bir forması kimi natural təsərrüfatın alternativi (əksliyi) kimi meydana gəlmişdir və ona belə bir tərif vermək olar: əmtəə istehsalı elə bir ictimai təsərrüfat sistemidir ki, burada istehsalçılar və istehlakçılar ictimai əmək bölgüsü sistemində fəaliyyət göstərir, məhsulları bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı adamlar istehsal edirlər. Həm də onlar, özləri də bilmədən bir-biri üçün işləyirlər və tələbatlarını ödəmək üçün bazar vasitəsi ilə əlaqəyə girib məhsullarını mübadilə edirlər. Elə bu səbəbdən də mübadilə olunan məhsullar əmtəə olur və adamlar arasındakı münasibətlər bazar vasitəsilə, onların əməklərinin məhsullarının alqı-satqısı vasitəsilə meydana çıxır.

Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin