Hasar (C., P., Buz., Güla) – divarları daşdan olan üstüaçıq mal-qara saxlanılan yer.
KÖÇƏRİLİKLƏ ƏLAQƏDAR OLAN
SÖZLƏR
Aran (Büt.ş.) – qışlaq mənasında işlənir.
Dağ (Büt.ş.) – yaylaq mənasında işlənir.
Köç (Büt.ş.) – heyvandarların yaylağa gedərkən apardıqları ev əşyaları.
Oba (Büt.ş.) – yaylaqda heyvandarların yaşadıqları yer.
Çadır (Büt.ş.) // coma (Əlia.) // alaçıx (C., P., Buz., Nəza., D., Au., Yu.) – yaylaqda heyvandarların çadırdan, keçədən düzəltdikləri yaşayış yeri.
KÖÇƏRİLİKLƏ ƏLAQƏDAR OLAN
DÖVRLƏR
Qoşqatma (C.) – sentyabr-oktyabr ayları. Başqa şivələrdə də bu cür işlədilir.