190
canlı təbiətdə, texnikada, cəmiyyətdə rolunun izah edilməsi, əmək məhsuldarlığının
artırılmasında, insan əməyininxarakterinin dəyişdirilməsində informatikanın və
hesablama texnikasının əhəmiyyətini şərh etməklə əlaqədardır. Etiraf etmək lazımdır
ki, informatikanın bu funksiyası hələlik kifayət qədər geniş həyata keçirilməmişdir.
İTM-nin ümumtəhsil vəzifəsi bütün sahələrin kompüterləşdirildiyi şəraitdə
şagirdləri əməyə hazırlamaq vəzifəsinin həlli ilə, politexnik təlim və şagirdlərin
peşəyönümü vəzifəsinin həyata keçirilməsi ilə sıx əlaqədardır. Burada bir sıra
ümumelmi bacarıq və vərdişlərin (o cümlədən kompüter savadının) formalaşmasında
İTM fənninin rolunu xüsusi qeyd etmək lazımdır.
Beləliklə İTM fənninin məqsədləri sistemi iki böyük qrupa bölünür:
1) kompüter savadı formalaşdırılması ilə əlaqədar olan məqsədlər;
2) fundamental elm kimi informatika əsaslarının öyrənilməsi ilə əlaqədar olan
məqsədlər.
Bu bölgü İTM-nin tədrsində iki pillənin ayrılmasına səbəb olur:
B i r i n c i p i l l ə informatikanın tətbiqi aspektlərinin mənimsənilməsi ilə
əlaqədardır və kompüter savadının müəyyən səviyyəsinə nail olmağa yönəlmişdir. Bu
səviyyə alınan bilik və bacarıqların sonralar həm informatikanın nəzəri əsaslarının,
həm də digər fənnlərin öyrənilməsində geniş istifadə olunma imkanını təmin edir.
İ k i n c i p i l l ə informatika əsaslarının fundamental elm sahəsi kimi
öyrənilməsinə həsr olunur və hər şeydən əvvəl şagirdlərin elmi dünyagörüşünün
formalaşdırılması ilə əlaqədardır.
Dostları ilə paylaş: