Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun
17 Mürəkkəbcümlə. Tabesizmürəkkəbcümlələr
Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəbhissetdi, Tükəzbanxalaonainanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrətabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.