Morfologiya


Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır



Yüklə 0,49 Mb.
səhifə54/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   50   51   52   53   54   55   56   57   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır.Məsələn: Hər tərəfdə: suda, quruda, uzaqda, yaxında zenit topları səs-səsə verirdi.
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra iki nöqtə (:) qoyulur. Məsələn: Burada hər cür adam: fəhlə, kəndli, tacir, ruhani tapmaq olardı.
Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire (–) işarəsi qoyulur. Məsələn: Qadın, kişi, qoca, cavan – hamı tarlada idi.

Həmcins üzvlərdə şəkilçilərin və hissəciklərin ixtisarı

Sonuncusu saxlanılmaqla, həmcins üzvlərdə təkrar olunan bəzi sözdəyişdirici şəkilçilər və hissəciklər ixtisar oluna bilir. Əsasən hal və cəm şəkilçiləri, xəbərdə şəxs şəkilçiləri, idi, imiş hissəcikləri, ilə qoşması ixtisar olunur.
1. Sonuncusu saxlanmaqla, həmcins mübtədaların cəm şəkilçisi ixtisar oluna bilir.
2. Sonuncusu saxlanmaqla, həmcins tamamlıqların hal şəkilçisi ixtisar oluna bilər.
3. Sonuncusu saxlanmaqla, həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar oluna bilir.
4. Həmcins xəbərlər tək olarsa, idi, imiş hissəcikləri, cəm olarsa,  hissəcik və cəm şəkilçisi ixtisar edilir.
5. Sonuncusu saxlanmaqla, həmcins üzvlərdən sonra gələn ilə (-la, -lə) qoşması ixtisar edilir.

Xəbərin həmcins mübtədalarla uzlaşması

Həmcins mübtədalar həm müxtəlif şəxs əvəzlikləri həmdə isimlərlə ifadə oluna bilir. Xəbərin onlarla uzlaşması belə olur:
1. Müxtəlif şəxslərdə olan həmcins mübtədalardan biri I şəxsdə olduqda xəbər I şəxsin cəmində olur. Məsələn:

2. Müxtəlif şəxslərdə olan həmcins mübtədalar arasında I şəxs olmazsa, həmcins mübtədalar II və III şəxslərdə olarsa, xəbər II şəxsin cəmində olur. Məsələn:



3. Həmcins mübtədalar III şəxsdə olan sözlərlə (əvəzlik və isimlərlə) ifadə edildikdən xəbər də III şəxsdə olur. Belə mübtədaların insanı, başqa canlıları və cansız varlıqları bildirməsindən asılı olaraq, xəbər cəmdə də ola bilir, təkdə də. Məsələn: Sonra Nərgiz və Aybəniz tarlaya getdilər.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin