Morfologiya


Vasitəsiz və vasitəli tamamlıqlar



Yüklə 0,49 Mb.
səhifə50/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   46   47   48   49   50   51   52   53   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Vasitəsiz və vasitəli tamamlıqlar

Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir.  Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.


Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:

  1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar

  2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.

Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir. Məsələn:  Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.

Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir.Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.

Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir. 


Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi. 
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin