Söz birləşməsi və cümlə
Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.
Oxşar cəhətlər:
1. İstər söz birləşmələri, istərsə də cümlələr sözlərin birləşməsi yolu ilə yaranır. Məsələn: Yazın gəlişi – Yaz gəldi. Gözəl vətən – Vətən gözəldir və s.
2. İstər söz birləşmələrində, istərsə də cümlələrdə sözlərin müəyyən sıralanma qaydası var. Məsələn: Sular durulanda – Sular duruldu. Maraqlı kitab – Maraqlı kitabdır. Fəhlələrin iş günü – Fəhlələrin iş günüdür və s.
Fərqli cəhətlər:
1. Söz birləşmələri bitmiş fikir ifadə etmir və onda intonasiya bitkinliyi olmur. Məsələn: uşaqların səsi, qarlı dağlar, şagirdlərin oxuması və s. Cümlələrdə isə hökmən bitmiş fikir və intonasiya bitkinliyi olur. Məsələn: Uşaqlar gəlirlər. Dağlar qarlıdır. Şagirdlər oxuyurlar və s.
2. Söz birləşməsi bir sözdən ibarət ola bilmir. Dilimizdə bir sözdən ibarət olan cümlələr isə vardır. Məsələn: Axşamdır. Sakitlikdir. Istidir və s.
3. Ümumiyyətlə, cümlə söz birləşməsindən daha böyük dil vahididir. Belə ki, söz birləşmələri cümlənin tərkibinə daxil olur.
Dostları ilə paylaş: |