Mübtəda budaq cümləsi
Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsi
Təyin budaq cümləsi
Zərflik budaq cümləsi (6 növə ayrılır)
tərzi-hərəkət budaq cümləsi
yer budaq cümləsi
zaman budaq cümləsi
kəmiyyət budaq cümləsi
səbəb budaq cümləsi
məqsəd budaq cümləsi
Şərt budaq cümləsi
Qarşılıqlı güzəşt budaq cümləsi
1. Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr
Mübtəda budaq cümləsi, ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur, mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki, (nə?) payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki, (nə?) Çingizi xaricə göndərmək istəyir.
Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır. (İnsanın ürəyindən keçən (nə?) gizlində qalmalıdır.)
Dostları ilə paylaş: |