Morfologiya



Yüklə 0,49 Mb.
səhifə45/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   41   42   43   44   45   46   47   48   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Feli birləşmələr

Əsas (ikinci) tərəfi felin təsriflənməyən formaları (məsdər, feli sifət və feli bağlama) ilə ifadə olunan söz birləşmələrinə feli birləşmələr deyilir.

Məsələn: məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək (əsas tərəflər məsdərdir);

məktubu yazan, yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feli sifətdir);

məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feli bağlamadır).

Feli birləşmələrin əsas (ikinci) tərəfləri fellə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:

1. Hərəkətin subyektini (iş görəni): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.

2. Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.

3. Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.

4. Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək  və s.

5.  Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin