Morfologiya


Müasir Azərbaycan ədəbi dilinin normaları. Fonetik və leksik norma



Yüklə 0,49 Mb.
səhifə28/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   24   25   26   27   28   29   30   31   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

4 Müasir Azərbaycan ədəbi dilinin normaları. Fonetik və leksik norma.

Ədəbi dilin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasııdır. Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Norma insan kollektivində, dil mühitində müəyyən tarixi zaman və məkan daxilində müəyyənləşmiş qayda – qanunlardır.

Bu normalar dilimizin dialekt və şivələrindək və xalq danışıq dilindəki qeyri – mükəmməl, sabit olmayan normalardan fərqlənir. Belə nprmalılıq ədəbi dilin sabitliyindən, əhatəli olmasından və dilimizin daxili quruluşunu əks etdirməsindən irəli gəlir. Norma ədəbi dil üçün çox vacib keyfiyyətdir. Qeyri – müəyyənliyə, variantlığa qarşı durur.

Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. ədəbi dilimizin normaları da bunlara uyğundur.



  1. fonetik norma;

  2. leksik norma;

  3. qrammatik norma.

Söz ümumxalq dilində müxtəlif cür işlənsə də, ədəbi dildə, əsasən, bir cür işlənir, tələffüz olunur və yazılır.

Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur.

Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən təsdiq olunur və orfoqrafik lüğətlərdə təsbit edilir. Bu normalar dilimizin fonetik hadisələrini , xüsusən ahəng qanununu nəzərə almaqla müəyyən olunur.

Fonetik normada dəyişmə gec baş verir. Ona əməl olunması insanın savadlılığının, dilə bələdliyinin göstəricilərindəndir. Sözü düzgün tələffüz etməyən və düzgün yaza bilməyən şəxsi, şübhəsiz, savadlı hesab etmək olmaz.

Azərbaycan dilində çox sözlər var ki, onlar necə yazılırsa, elə də tələffüz olunur. Dilimizdə yazıldığı kimi deyilməyən sözlər də vardır. Məs: “dovğa” kimi yazılan sözü o cür də tələffüz etmək düz deyil, [do:ğa] kimi, “qızlar”ı [qızdar], “anaya” sözünü [anıya] kimi demək lazımdır.

Beləliklə, fonetik norma həm yazılışı, həm də tələffüzü müəyyən edir.

Dilimizin lüğət tərkibi çox zəngindir. Onda əsl türk sözləri ilə yanaşı, həm formasına , həm də mənasına görə türkləşmiş və ya hələ türkləşməmiş ərəb, fars, rus və digər dünya dillərindən keçən sözlər də var.

Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlərimiz müəyyən edir. Alınma sözlərin səs tərkibi və məzmunca milliləşməsi doğma sözlərimizin təbiətinə uyğun baş verir. Fonetikaya və qrammatikaya nisbətən leksikada dəyişikliklər daha çox olur. Dilimizin öz sözləri alınmalara nisbətən daha fəaldır, onların işlənmə tezliiyi daha yüksəkdir. Ikinci yerdə milliləşmiş alınma sözlər gəlir. Elə alınmalar da var ki, ədəbi dilin müəyyən üslubu üçün səciyyəvidir. Məsələn, elmi üslubdakı termin xarakterli sözlərin çoxu alınmalardır ki, bunlar da, əsasən,elm sahəsinin adamlarının leksikasında işlənir, cəmiyyət isə həmin sözləri demək olar ki, işlətmir, bədii və publisist üslublarda az təsadüf olunur.

Leksik norma hər kəsdən sözün mənası ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir.

Aşağıııdakı cümlələrə diqqət edək: quşlar gedib ağaca oturdular. Alma hələ göy idi, yeməli deyildi. Qız südü iri teştdə yaydı. Bu cümlələrdə getmək , oturmaq, süd yaymaq sözləri yerinə düşməmişdir. Əslində bu cümlələr belə qurulmalı idi: Quşlar uçub ağaca qondu. Alma hələ dəyməmişdi, yeməli deyildi. Qız südü iri teştə sərdi. Göründüyü kimi, əvvəlki cümlələrdə leksik norma bu və ya başqa şəklidə pozulmuşdur.

Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.

Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir. Dilimizdəki sözlərin böyük çoxluğu müstəqim məna ilə yanaşı, məcazi mənalara da malikdir. Bunu hər kəs nitq fəaliyyətində nəzərə almalıdır.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin