Mirvariyə çevrilən ürək qanı


Haşimin anası və Qasimin anası



Yüklə 1,52 Mb.
səhifə43/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   39   40   41   42   43   44   45   46   ...   239

Haşimin anası və Qasimin anası


Ağa Kəfəmi israrla onun evində qalmamı istədi. Sonra bildim ki, onun iki ailəsi var və hərəsi bir evdə yaşayır. Evlər bir-birinə çox bənzəyirdi və bir-birinə yapışmışdı. O, həyat yoldaşları ilə münasibətdə çox ədalətli rəftar edir, dəqiq nizam-intizamla hər iki evə gedib-gəlirdi. Müəyyən bir saatda evlərdən birinə daxil olur, ertəsi gün həmin saatda oradan çıxıb ikinci evə keçirdi. Hər iki ev üçün eyni miqdarda pul xərcləyirdi. Allah-Taala da onunla, özünün ailəsi ilə rəftar etdiyi kimi rəftar etmək istəmişdi: birinci yoldaşından ona dörd oğul, üç qız verdiyi kimi, ikinci yoldaşından da eynilə dörd oğul, üç qız vermişdi; nə az, nə çox! Ağa Kəfəmi evlərin hər birinə oradakı böyük oğlunun adını vermişdi: birinə Haşimin anasının, digərinə də Qasimin anasının evi deyirdi. Biz də birinci evin sakinlərini Haşimin tayfası, ikinci evin sakinlərini də Qasimin tayfası adlandırırdıq. Kürəkənlər də bu iki evlə əlaqələrinə görə tanınırdılar. Məsələn, Məşhədin dəyərli cümə imamlarından olmuş1 ağa İbadi2 Qasimin tayfasından, 1990-cı ildə Bəlucistanda şəhadətə qovuşmuş Şəhid Məzari3 isə Haşimin tayfasından idi.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin