Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə209/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   205   206   207   208   209   210   211   212   ...   239
Bir gün öncə məni ən ağır fiziki və psixoloji işgəncələrə məruz qoymuş bir adam mənimlə belə həyasızcasına danışırdı. Sözlərinə heç bir cavab verməyib güldüm. O da çıxıb getdi. 157

Mən hicri təqvimilə şəban ayının əvvəllərində həbs olunmuşdum. Günlər ötdü və ramazan ayı yaxınlaşdı. Baş müstəntiqin dəhlizdə gəzişdiyini eşitdim. Addım səsləri yaxınlaşanda onu çağırdım. Qapını açıb halımı soruşdu. O məni Şiyx çağırırdı, əclaflığından şeyx də demirdi. Halbuki mənim kimiləri seyid çağırırlar. 157

Ona dedim: “Ramazan ayı yaxınlaşır, mən bu kamerada bu ayın ayinlərini icra edə, namaz, oruc və dua ilə məşğul ola bilməyəcəyəm. Bu ayda məni azadlığa buraxın". 157

Mənə dedi: "Nə yaxşı! Ramazan ayı gəlir?! Bura oruc tutmaq üçün ən əlverişli yerdir”. Kameranı göstərib dedi ki, bu, məscid; hamamları da göstərib: “Bu da hamam, - dedi, - burada namazını da qıl, orucunu da tut!" 157

Məni azad etməyəcəyini bilirdim, amma ondan böyük şey istədim ki, sonda kiçiyini ala bilim. 158

Tez ona dedim: "Çox gözəl! Onda icazə verin, mənə bir Quran versinlər". Dedi ki, eybi yoxdur. 158


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin