Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə48/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   44   45   46   47   48   49   50   51   ...   239

Qəzəl gəmisi


Təyyarədə mühafizə altında Tehrana uçarkən müxtəlif məsələlər barədə fikirləşirdim: İslam hərəkatının gələcəyi, hərəkatın lideri olan İmam Xomeyni, Tehrana müalicəyə getmək üçün mənə ehtiyacı olan və gözlərinə mirvari suyu gəldiyinə görə görmə qabiliyyətini itirməkdə olan atam, məni gözləyən tale və s. Allah-Taaladan başqa heç kəsin bilmədiyi bu məsələlər barədə fikirlərdən daşınıb bir jurnal götürdüm və vərəqləməyə başladım. Jurnaldakı bir qəzəldən xoşum gəldi. Adətən, bəyəndiyim şeirləri Qəzəl gəmisi adlandırdığım dəftərə yazırdım. Gördüm ki, yanımdakı SAVAK əməkdaşları boylanıb nə yazdığıma baxırlar. Onlara fikir vermədən yazmağa davam etdim. Onlar da baxmağa davam etdilər. Şeiri bitirəndən sonra aşağısından yazdım: "Bu beytləri iki mehriban məmurla Zahidandan naməlum yerə aparıldığım zaman yazdım". Bu sözlər onların hər ikisinə müsbət təsir etdi.

Təyyarə gecə vaxtı Tehranın səmasına çatdı. Şəhərin işıqlı mənzərəsi gözəl idi. Mənim kimi SAVAK əməkdaşları da Tehranın mənzərəsinə baxmağı sevir və paytaxta çatdıqlarına görə sevinirdilər. Onların biri daha çox sevinirdi. Ona dedim: "Qədrimi bil, mənə görə təyyarə ilə Tehrana gəldin. Əgər dustaq başqa birisi olsaydı, səni avtomobillə Xaşa1 göndərəcəkdilər, gecədən səhərə qədər bərəhut çölündə olacaqdın". Çox məmnunluğunu ifadə edən tərzdə ürəkdən güldü.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin