Microsoft Word Shelale Nebiyeva doc


Hərf və səslərin ümumiləşdirici cədvəli



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

1. Hərf və səslərin ümumiləşdirici cədvəli. Hər bir 
hərfi keçərkən müəllim ümumiləşdirici cədvəli doldurur. Bu 
cədvəl sinifdə daima asılır və şagirdlərin əldə olunan bilikləri 
sistemli şəkildə qavrayıb yadda saxlamağa kömək edir.
2. Motivasiya zamanı istifadə olunan cədvəl. Bu 
cədvəldən dərslikdə verilən şəkil əsasında fərziyyələrin üzə 
çıxarılmasında vasitə kimi istifadə edilir.
Hərflər
Necə? Hansı? Kim? Nə? Nə edir? 
A Ağıllı
Ağca
Ağlayırdı
N Nazlı
Nigar
Nazlanır
..... 
 
 
 
 
3. Fonematik təhlil üçün nümunə. Müəllim 
şagirdlərdə sözün təhlil-tərkib hissəsini aşağıda verilmiş 
fonematik təhlil əsasında apara bilər.
M: - Nazlı sözünü tələffüz edək. 
Ş: - Nazlı. 
M: - Tələffüz edildikdə bu söz neçə hissəyə ayrılır? 
Ş: - Naz-lı. 2 hissəyə. 
M: - Bu hecadır. Tələffüz edildikdə Nazlı sözü asanlıqla 
2 hissəyə ayrılır. Deməli, Nazlı sözündə iki heca var. Naz-lı. 
Birinci heca hansıdır? 
Ş: - Naz. 
M: - Bu hecanı tələffüz edərkən hansı ilk səsi 
eşidirsiniz? Naz (müəllim birinci səsi xüsusi tonla deyir). 
Ş: - (n) 
M: - Bu hecanı tələffüz edərkən hansı ikinci səsi 
eşidirsiniz? Naz (müəllim ikinci səsi xüsusi tonla deyir). 
Ş:- (a) 


89 
M: - Bu hecanı tələffüz edərkən hansı üçüncü səsi 
eşidirsiniz? Naz (müəllim üçüncü səsi xüsusi tonla deyir). 
Ş-(z) 
M: - Naz-lı. İkinci heca hansıdır? 
Ş: - lı. 
M: - Bu hecanı tələffüz edərkən hansı ilk səsi 
eşidirdiniz? –lı müəllim birinci səsi xüsusi tonla deyir). 
Ş: - (1) 
M: - Bu hecanı tələffüz edərkən hansı ikinci səsi 
eşidirsiniz? –lı (müəllim ikinci səsi xüsusi tonla deyir). 
Ş: - (ı) 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin