67
alaraq yüksək ballar vermək lazımdır. Lakin bu, onlarda rahatlıq hissi
yaradaraq məhsuldarlığı aşağı salır.
Həddən artıq sərtlik – qiymətləndirmə zamanı işçiyə dəyərindən çox
aşağı bal vermək. Bu zaman qiymətləndirici işçilərin daha çox
səhvlərinə, zəif tərəflərinə və çatışmazlıqlarına diqqət yetirir. Bu cür
qiymətləndirmə işçilərin motivasiyasını, məhsuldarlığını aşağı salır.
Halo effekti yaxud ümumiləşdirmə – işçinin bir sahədə mükəmməl
nəticələrinə baxaraq, digər sahələrdə də müsbət qiymətləndirmək. Bəzən
tərsinə də ola bilir. Bir işçinin hansısa sahədə müvəffəqiyyətsizliyini
ə
sas tutaraq digər sahələrdəki fəaliyyəti də mənfi qiymətləndilir. Bu
halın baş verməməsi üçün işin bütün tərəflərinə eyni zamanda diqqət
yetirilməlidir.
Mərkəzi tendensiya – qiymətləndirmə zamanı orta qiymətlərin
verilməsidir. İşçi haqqında çox yaxşı ya da çox pis demək cəsarət tələb
edir. Menecer ikisindən birini seçdiyi təqdirdə başının ağrıyacağını
düşünüb qiymətləndirmə sistemi üzrə işçiyə orta bal verir.
Yaxın zaman effekti – işçinin son zamanlardakı işinə əsasən
fəaliyyətinin qiymətləndirilməsidir.
Xidməti fəaliyyətin ölçülməsinin müxtəlif metodları var. Və bu metodlar
problemin həllində önəmli rol oynayır. Bu metodlara aşağıdakıları göstərmək olar:
o
Müqayisə
li standartlar yanaş
ması. Bu yanaşma bir işçinin digər işçi
ilə müqayisə edilməsi prinsipinə əsaslanır. Bunun da müxrəlif üsulları
mövcuddur:
• Birbaşa sıralama üsulu
• Sıraya qoyaraq ölçmə üsulu
• İkili müqayisə üsulu
• Məcburi paylama üsulu
Dostları ilə paylaş: