33
bölürlər: təlim mühitləri və təlim proqramları.Təlim mühitlərinin qlobal pedaqoji
məqsədi müvəffəqiyyətli mühitin yaradılması yolu ilə oyrənənin yaradıcılıq
qabiliyyətinin inkişaf etdirilməsidir. Bu mühitdə öyrənən lazımı biliklər əldə
edir.Təlim proqramları isə növbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin
etməlidir: təlim materialının nümayiş etdirilməsi,müəyyən sahədə təlim, təlim prosesi
gedişinin idarə edilməsi üçün testləşdirmə və diaqnostika, xüsusi təlim və s. Yerinə
yetirilən metodik funksiya nöqteyi-nəzərdən təlim mühiti və təlim proqramları
arasında dəqiq sərhədlər yoxdur.Bu sinifdən olan təlim vasitələri arasındakı yeganə
fərq nəzarətin olmaması, təlim proqramlarında isə bu nəzarətin olmasıdır.
Tədrisdə qlobal internet şəbəkəsinin imkanlarından istifadə olunmalı, vahid təhsil
informasiya mühiti formalaşdırılmalı, təhsil yönümlü vahid informasiya məlumat
bazası yaradılmalı, açıq təhsil sisteminin imkanlarından geniş istifadə
olunmalıdır.İnternet şəbəkəsinin əsas didaktik xüsusiyyətləri və funksiyalarına
məlumatların yüksək sürətlə ötürülməsi və interaktivliyi təmin edən telekomunikasiya
sistemlərinin çoxtərəfli mübadilə imkanları, multimedia proqramları, hipermətnlərlə
işləmə imkanlarının və mürəkkəb strukturlu informasiya mənbələrindən istifadə etmək
imkanlarının geniş olması aiddir.İnternetdə bu və digər didaktik imkanların
reallaşdırılması məqsədilə
elektron poçt (E-mail ünvan), elektron kitabxanalar,
Dostları ilə paylaş: