26
aparılmasını
tələb edir. Belə
tədqiqatlarda
elektrik
termometrlərinin köməyi ilə aparılan termik müşahidələr böyük
rol oynayır.
Su süzülməsinin qarşısını alan pərdələrin yaradılması və
süxurları möhkəmliyinin artırılmasının daha geniş yayılmış
üsullarından sementləmə, qismən isə gilləşdirmə və
bitumlaşdırma hesab olunur. Bu halda tez–tez müxtəlif
dərinliklərdə inyeksiya olunan materialın paylanması məsələsi
qarşıya çıxır.
Belə fərz olunur ki, bu müşahidələr sınaq
quyularında radioaktivliyin ölçülməsinin köməyi ilə yerinə
yetirilə bilər ki, bunun üçün də təzyiqlə vurulan maddəyə bir
qədər radioaktiv element əlavə etmək lazımdır. Sement
məhlulunun yayılma zonasının sərhədləri
üzərində müşahidələr
üçün də həmçinin termometriya üsullarından istifadə etmək olar
ki, bu halda da sementin tutulması kifayət qədər istiliyin
ayrılması ilə müşahidə olunur.
Tikilən mühəndisi qurхuların ətraf mühitlə qarşılıqlı təsiri
həmin mühitdə müəyyən dəyişikliklərin əmələ gəlməsinə gətirib
çıxarır. Bəzi hallarda bu dəyişikliklər
qurхular üçün
arzuedilməz nətiсələrə səbəb olur. Ona görə də, mühəndisi –
geoloji proseslər üzərində müşahidələrə aid məsələlər böyük
praktiki maraхa malikdir. Belə müşahidələrdə mühəndisi –
geofiziki üsullar da az rol oynamır. Belə ki, su anbarlarından və
kanallardan suyun axım yerinin təyini
üçün istifadə olunan ən
effektli üsul su süzülməsi potensiallarının təbii elektrik
sahəsinin öyrənilməsidir. Təbii hövzələrin dibi üzrə elektrik
potensiallarını ölçməklə,
su süzülməsi sahələri
üzərində potensialların minimum qiymətləri alınır. Minimumun
amplitudu süzülmənin intensivliyindən asılı olaсaqdır.
Təbii сərəyan üsulu ilə torpaхın içərisində yerləşən
metalın korroziyaya məruz qalan hissələrini tapırlar. Bu
sahələrdə, sanki yerləşdiyi yeri yer səthindən müşahidələrlə
təyin olunan qalvanik element yaradılır.
Göstərilən üsul daha
çox boru kəmərlərinin zədələndiyi yeri aşkar etmək üçün
istifadə edilir.
Tunellərdə daх təzyiqi qurхuya təsir edən əsas amil kimi
özünü büruzə verir. Son zamanlar
seysmik üsulla daх təzyiqi
üzərində müşahidələr üsulu işlənib hazırlanmışdır ki, bu üsul da
müxtəlif gərginliklərdə yerləşən süxurlarda elastiki dəyişmənin
yayılması sürətindəki müxtəlifliyə əsaslanır.
2.3.
Dostları ilə paylaş: