Uşaq Hüquqları Konvensiyasına neçə dövlət daxildir?
Cavab: 192.
Uşaq Hüquqları Konvensiyasının neçə maddəsi var?
Cavab: 54.
Hansı dövlətlər Uşaq Hüquqları Konvensiyasına daxil deyil?
Cavab: ABŞ, Somali.
Uşaq Hüquqları Komitəsi harada yerləşir?
Cavab: Cenevrədə.
Uşaq Hüquqları Konvensiyası nədir?
Cavab: BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər yerində yaşayan uşaqları konvensiya ilə müəyyən edilmiş normalar üzrə hüquqları təmin edir.
Uşaqların lazımi həyat səviyyəsinin
yüksəldilməsi üçün kimlər məsuliyyət daşıyır?
Cavab: Valideyn.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə neçənci ildə “Uşaq ili” elan edildi?
Cavab: 2009-cu ildə.
“Uşaq hüquqları” haqqında Azərbaycan
Respublikasının Qanunu neçənci ildə qəbul edilib?
Cavab: 1998- ci il may ayının 19-da.
Kitabxanaçı mövzuya uyğun sualların sayını artıra bilər. Müzakirə zamanı maraqlı və oxucuları düşündürən məsələlər meydana çıxa bilər.