62
Birinci üsula görə ssuda faizi veksel ödənildikdə ödənilir. II üsulda ssuda faizin
borcun ilkin məbləğindən çıxılır. Əgər ssudanın məbləği ildə 12% stavka ilə 10000
manatdırsa, faizin səmərəli stavkası I üsulda belə olacaqdır:
1200m/10000m = 12%
II üsulda isə bu, 1200m/8800m = 13,64% olacaqdır.
Əgər, faiz diskont əsasında ödənilirsə, ildə yalnız 8800 (10000-1200) manat
işlənilir, lakin ilin axırında 10000 manat qaytarılır. Odur ki, faizin səmərəli stavkası II
üsulda I üsula nisbətən çoxdur və ssudaların böyük hissəsi I metodla ödənilir.
II üsul üzrə ödənilmə aparıldıqda, banklar və başqa kreditorlar faizləri toplama
əsasında müəyyən edirlər. Bu o deməkdir ki, faiz ödənmə məbləğinə əlavə edilir və
vekselin nominal dəyəri müəyyənləşir. Tutaq ki, müddətlərə bölünmək və ssuda
ödənilməsi 12 həraylıq ödənmə, ssuda faizi 12 olmaq şərti ilə aparılır. Borclu 10000
manat olmuş, vekselin nominalı isə 11200 manatdır. 1200 manat faizin ödənilməsinə
sərf ediləcək. Lakin borclu 10000 manatın hamısını birinci ayda sərf edir və həmin ayın
axırında 11200 manat 1/12 hissəsini, yəni 933,33 manat ödəməlidir. Həmin məbləğdə,
sonrakı hər 11 ayın axırında ödənişlər aparılaraq, veksel tamamilə ödənməlidir. İl
ərzində borclu ilkin məbləğin yenisini istifadə edir, bu zaman faizin səmərəli stavkası
2 dəfə artır və mürəkkəb faizləri nəzərə alaraq, 22%-ə çatır. Beləliklə, bu ssuda faizi
borcun ilkin məbləğinə görə ödənilir.
Dostları ilə paylaş: