86
məbləğinin verilməsi üzrə bankın formal öhdəçiliyidir. Adətən, bu qısamüddətli əsasda,
yəni 90 gün üçün verilən kreditdir, lakin kompaniya öhdəçiliyi azaldaraq, onu
yeniləşdirə bilər və ya müəyyən maksimuma qədər əlavə vəsait ala bilər. Bu kredit üzrə
müqavilələrin çoxu 3 illik olur, lakin daha qısa müddət üçün də öhdəçilik almaq olar.
Həmin kredit üzrə faiz stavkası 0,25-0,50%-dir. Bank öz üzərinə təkmilləşdirilmiş
kredit üzrə öhdəçilik götürdükdə, sərbəst pul vəsaitinə malik olmalıdır ki, kompaniya
işlədiyi vaxtda onu ala bilsin. Borclu isə belə bir imkan üçün komission, yəni borcun
məbləği ilə qoyulmuş maksimum arasındakı fərqdən ödəməlidir. Belə kredit
razılaşması, firma gələcəkdə pul vəsaitlərinə olan tələbatı dəqiqləşdirmədikdə, çox
əlverişlidir. Borclunun qeyri-müəyyənliyin bütün dövrü ərzində pul vəsaitlərindən
istifadə etmək imkanı olur və bu qeyri-müəyyənlik həll olunduqda, daha dəqiq kredit
müqaviləsini bağlanır.
Banklardan başqa, müddətli olmaqla, pulları, həyatın sığortasını aparan
kompaniyalar və başqa investorlar da təqdim edə bilər. Bunlar bir-birindən ssudaların
ödənməsi müddətləri, faiz stavkaları üzrə fərqlənirlər. Sığorta kompaniyaları üçün
müddətli ssudalar investisiya sayılır və onlar bu ssudalar üzrə xərclər, risk, ödəniş
müddəti və mənfəətin üstünlüyü ilə fərqlənən alternativ investisiyalara uyğun gəlir
gətirməlidirlər.
Sığorta kompaniyaları, pul fondlarının fasiləsiz işləmələrində maraqlı olduqlarına
görə, ssudanın vaxtından əvvəl ödənməsinə görə ödəniş verirlər. Belə hal banklarda
yoxdur. Sığorta kompaniyalarının müddətli ssudaları, bankların müddətli ssudaları ilə
rəqabət apara bilməzlər, onlar qarşılıqlı əvəzedilənlərdir, çünki ödənmə müddətləri
müxtəlifdir.
Dostları ilə paylaş: