262
«
Allah bizimlə bərabərdir»
1
Üçüncüsü də, Allah tərəfindən Əbu Bəkrə səkinə (mənəvi bir güc) enməsi,
onun fəzilətinə böyük bir dəlildir. Bunların hamısı onun üstünlüyü və xəlifəlikdə
qabaqcıllıq haqqına sahib olduğunu göstərir».
Dəvətçi: «Kimsə Əbu Bəkrin dərəcələrini inkar etmir. Çünki o yaşlı bir
müsəlman, əshabın böyüklərindən və Rəsulallahın (s) zövcəsinin atası idi. Amma
bir az əvvəl saydığınız dəlillər Əbu Bəkrə məxsus bir fəzilətin və xəlifəlikdə
qabaqcıllıq haqqına sahib olduğunun isbatı üçün kifayət deyildir.
Əgər qərəzsiz bir əcnəbinin qarşısına, ona məxsus bir fəzilət isbat etmək
üçün bu ayə haqqında verdiyiniz bəyanlarla çıxsanız, ciddi bir etirazla
qarşılaşarsız. Çünki cavabınızın əvəzində deyərlər ki, yaxşılarla yol yoldaşı olmaq
təkbaşına fəzilətli və üstün olmaq üçün yetərli deyildir. Bir çox səfərlərdə yaxşılar
pislərlə və kafirlər də müsəlmanlarla yol yoldaşı olurlar. Bu səbəbdən səfərdə bu
cür hallar daha çox gözə çarpır.
Dostları ilə paylaş: