Günah lüğət elmində


XƏLIFƏNIN FƏRDI ICTIMAI ÜSLUBU



Yüklə 2,71 Mb.
səhifə144/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   140   141   142   143   144   145   146   147   ...   163

1. XƏLIFƏNIN FƏRDI ICTIMAI ÜSLUBU


Osmanın həyat tərzi keçmiş iki xəlifədən hər bir cəhətdən fərqlənirdi. Belə ki, o, çox bahalı paltarlar geyinirdi, belə ki, onların bə`zisinin qiyməti 800 misqal qızıl pul dəyərində idi.1 Rəngarəng yeməklər yeyir, yaşadığı evi saraya bənzəyirdi və onun qəbuluna düşmək çox çətin idi. Mədinədə özü üçün divarları sarucdan (sement tipli tikinti materialı) olan və qapıları palıd agacından bir ev tikdi.2 O, dünyadan gedən zaman 30,500,000, (otuz milyon beş yüz min) misqal gümüş pulu, 150 min misqal qızıl pulu3 və min köləsi var idi.4

Osman qızlarından birini Mərvan ibn Həkəmə ərə verdikdə, Afrikadan göndərilmiş qənimətin beşdə birini (təqribən, beş yüz min dinar-qızıl pul) qızına bağışladı.5 Afrikadan göndərilmiş qənimətin miqdarı 2,520,000 qızıl puldan ibarət idi.6. Həmçinin 100 misqal əlavə pul da bağışladı.7 Afrika qənimətlərinin qalan beşdə dördünü isə Mərvanın yaxın adamlarına (Həkəm ibn Əbil-Asın övladlarına) hədiyyə etdi.8 100 min qızıl pul,9 eləcə də Qəzaə qəbiləsinin bütün sədəqələrini öz əmisi Həkəm ibn Əbil Asa bağışladı.10

Osmanın başqa kürəkəninin adı Haris ibn Həkəm idi. Xəlifə qızını ona verdikdə, beytül maldan* 100 min gümüş pulu,11 eləcə də Mədinəyə göndərilən və zəkat qismindən sayılan bütün dəvələri ona hədiyyə etdi.12 Peyğəmbəri Əkrəm (s)-in müsəlmanlara vəqf etdiyi Mədinə bazarının bir hissəsini onun şəxsi əmlakına keçirtdi.13

O, bir dəfə ögey anasının qardaşı Vəlid ibn Əqəbəyə Kufənin ümumi əmlakından14 100 min və xilafət mərkəzindən isə 200 min dinar (qızıl pul) bağışladı.15 Afrikanın16 qərb ölkələrindən yığılan qənimətlərin hamısını, eləcə də Afrikada baş verən birinci mühribədən ələ gələn qənimətlərin iyirmi beşdə birini (yə`ni 100 min qızıl pulu) Abdullah ibn Əbi Sərəhə verdi.1

Xəlifə Osmanın başqa bir kürəkəninin adı isə (Üməyyənin nəvələrindən olan) Abdullah ibn Xaliddir ki, Osman ona 300 min (başqa bir nəzərə görə 400 min), qohumlarına isə 10 min dinar – qızıl pul verdi2. Osman qızını onunla evləndirdikdə, ona Bəsrənin ümumi əmlakından 600 min dinar – qızıl pul verilməsini göstəriş verdi.3

Zübeyr ibn Əvamın əmlakı: Buxari yazır: “Zübeyrin Mədinədə on bir, Bəsrədə iki, Kufə və Misirin hər birində isə bir evi var idi. Onun dünyadan gedərkən pulunun miqdarı 52 milyon (başqa bir nəzərə görə 59 milyon) gümüş pulu,4 min atı, min qulu və min kənizi olmuşdur.5

Təlhə ibn Übeydullahın əmlakı: Onun əmlakı 30 milyon qızıl pul məbləğində olmuşdur. Dünyadan gedən zaman ondan 200 min qızıl pul, 2,200,000 gümüş pul, eləcə də 300 baş qızıl (bahalı) dəvə (başqa bir nəzərə görə isə 300 ədəd inək dərisi ilə dolu qızıl) qalmışdı.6


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin