Osmanın xilafəti dövründə baş verən hadisələrdən biri də Qur`anlarin cəm olunub məhv edilməsi və yenidən yazılışı idi. Sünnü və bəzi şiə mənbələrinə görə Qur`an Osmanın zamanında yazılmışdır. Amma şiə tərəfindən və bəzi sünnülər tərəfindən qəbul olunan budur ki, Quranın yeni yazlışı Osmanın zamanında olub. Biz bu barədə əvvəl əhli-sünnənin qəbul etdiyi nəzəriyyəni nəzərdən keçirib sonra şiənin nəzərini deyəcəyik. Əhli sünnənin mənbələrinə əsasən, Quran Osmanın xilafətinə qədər yazılmayıb. Osmanın zamanında bir neçə hadisə səbəb oldu ki, Quran yazılsın. O zamanlardakı fəthlər qonşu ölkələrdən istər ərəb, istərsə də əcəm, dəstə-dəstə İslamı qəbul edirdilər və yeni müsəlmanların Qur`anı öyrənməyə ehtiycları var idi. Ərəblər qonşu ölkələrə gedib onların adət-ən`ənələri və əcəm xalqının dilləri ilə tanış olurdular. Nəticədə onlarin ləhcələri dəyişirdi. Digər tərəfdən Quran ayələrinin tələffüz edilməsi qeyri-ərəb müsəlmanlar üçün çox çətin idi. Ərəb və əcəmlərin müxtəlif ləhcələrlə bir-birləri ilə ünsiyyət yaramaları səbəb oldu ki, Quranı müxtəlif ləhcələrlə oxusunlar. Xüsusi ilə də o zaman Quranı nöqtəsiz yazırdılar. Ləhcələrin ixtilafı səbəb oldu ki, Quran müxtəlif ixtilaflarla qiraət olunsun. Bu da səhabələr arasında ixtilaf və narazılığa səbəb oldu. Bu xəbəri Osmana çatanda, o, çox fikirləşdi ki, buna bir çarə tapsın. Sonra bir heyət təşkil etdi ki, Peyğəmbərin (s) vaxtında yazılmış Qur`anları, həm də Əbubəkrin zamanında toplanmış nüsxələri (bunlar Ömərin qızı Həfsədə idi) başqa müshəflərlə tutuşdursunlar və onların arasından bir nüsxə yazıb başqa şəhərlərə göndərsinlər ki, müsəlmanlar yalnız o nüsxədən oxusunlar. Sonra əmr verdi ki, sümük, dəri, nazik daşlar üzərində yazılmış Qur`anları yandırsınlar, ya da cırıb atsınlar və ya yusunlar.2 Bu işlə əlaqədar Osmanı “Hərraqul-məsahif yaxud “Xərraqul-məsahif” (Quranı yandıran ya cıran) adlandırdı.3