Aminturşuların həllolma qabiliyyəti.
Aminturşuların hamısı suda həll
olur. Lakin molekulunun bir hissəsi hidrofob olan aminturşuların (leysin,
tirozin) suda həllolma qabiliyyəti o qədər də yüksək deyil (cədvəl 4.8.).
Monoaminmonokarbon turşularının karbohidrat radikalı böyüdükcə, suda
həllolma qabiliyyəti azalır, spirtdə həllolma qabiliyyəti isə artır.
Aminturşuların dadı
stereoizomerlərinin növündən asılıdır: l-sırası
aminturşuları acı, d-sırası aminturşuları isə şirin olur. Lakin bu baxımdan l-
qlisin müstəsnalıq təşkil edir. Aminturşuların elmə məlum olan ilk nüma-
yəndəsi
–
l-qlisin şirin dadlı maddədir. Qlisini ilk dəfə dəri, vətər və qığırdaq
126
toxumalarının uzun müddət qaynadıldığı məhlulda aşkar edən A.Brakonno
(1820) məhz şirin dadına görə qlikokol adlandırmışdır (yunanca: glykos
–
şirin). D-izomerlərin bəziləri dadsız olur. Məsələn, d-qlutamin turşusu dadsız
olduğu halda, l-qlutamin turşusu toyuq əti bulyonunun dadını verir.
Aminturşuların dissosiasiyaetmə qabiliyyəti.
Bütün
-aminturşular sulu
məhlullarda ikiqütblü ionlar (svitterionlar) şəklində olur; onların karboksil
qrupları dissosiasiyaya uğrayır, amin qrupları isə protonla birləşərək, müsbət
yüklü hissəciyə çevrilir.
Molekulların ikiqütblü olması aminturşulara bir sıra fərqləndirici xassələr
verir; bunun nəticəsində aminturşuların əksəriyyəti suda yaxşı, üzvi
həlledicilərdə isə nisbətən zəif həll olur və onların məhlulları dielektrik xassəsi
əldə edir. Mühitin pH-dan asılı olaraq, aminturşular anion, kation, elektro-
neytral və ya bu formaların müxtəlif nisbətli qarışığı şəklində ola bilər.
Aminturşular turş məhlullarda müsbət ionlar (kationlar), qələvi məhlullarda isə
mənfi ionlar (anionlar) şəklində olur. Beləliklə, aminturşular
–
amfoter elektro-
litlərdir:
Buna görə aminturşular həm turşularla, həm də qələvilərlə reaksiyaya girib,
müvafiq duzlara çevrilə bilirlər.
Beləliklə, mühitin pH-dan asılı olaraq, aminturşu molekulları ya müsbət və
ya mənfi yüklənir, ya da onların yüklərinin cəmi sıfıra bərabər olur. Amintur-
şunun ümumi ion yükünün sıfıra bərabər olması
izoelektrik vəziyyəti
adlanır.
Aminturşunun izoelektrik nöqtəsinin sıfıra bərabər olmasına səbəb olan
məhlulun pH-ı i z o e l e k t r i k n ö q t ə s i (pH
i
) adlanır. İzoelektrik nöq-
təsinə müvafiq gələn mühitdə aminturşu elektrik sahəsinin təsiri altında nə
anoda, nə də katoda doğru hərəkət edə bilir. İzoelektrik nöqtəsi
–
aminturşu
molekulunda olan müxtəlif kimyəvi qruplarının turşu-qələvi xassələrini özündə
əks etdirən mühüm əlamətlərdən biridir. Hər bir aminturşunun izoelektrik
nöqtəsi sabit kəmiyyətdir (cədvəl 4.8).
|