111
məsinə əsaslanır.
Bəzən yuxarıda göstərilən üsul-
lardan heç biri ayrılıqda mürəkkəb
tərkibli zülal qarışıqlarının tam frak-
siyalaşdırılmasına nail olmağa imkan
vermir. Belə hallarda təkrarlanan
elektrofezdən istifadə edilir, yəni zü-
lal qarışığını ilk dəfə elektroforez
etdikdən sonra alınan hər bir zülal
zolağını yenidən elektroforez etməklə
fraksiyalara ayırırlar. Bu zaman ikinci
elektroforez sütuncuğunda müxtəlif
zülal növləri ayırd edilir. Bəzən bu
yolla bioloji materialın tərkibindən
2000-ə qədər zülal növü ayrılır. Lakin
hətta bu üsul da qarışıqda olan bütün zülalların bir-birindən ayrılması üçün
kifayət etməyə bilər. Buna görə hazırda elektroforezlə xromatoqrafiyanın əsas
prinsiplərini özündə birləşdirən fraksiyalaşdırma üsulları kombinasiyasından
geniş istifadə edilir.
Dostları ilə paylaş: