9.5. Əmtəələrin təkrar satışı və satış hüququnun
verilməsi ilə müşaiyət olunan vasitəçilik əməliyyatları
Vasitəçilər əmtəə və xidmətlərin daxili və xarici ba-
zarlarda tədavülünə yardımçı olan şəxslər və firmalardır.
Onlar alqı-satqıya, məhsul göndərməyə, podrat üzrə mü-
qavilələrin bağlanmasına, icarə və lizinq əməliyyatlarının
inkişafına, istehsal və satış kooperasiyasının təmin edilmə-
sinə, sığorta, nəqliyyat, turizm, məişət və başqa xidmətlə-
rin göstərilməsinə şərait yaradır. Kommersiya fəaliyyəti-
nin, praktiki olaraq, vasitəçilərin həlledici rol oynamadığı
əmtəə və xidmətlərin tədavülü ilə bağlı olan bir sahəsini
tapmaq olmaz. Sənayecə inkişaf etmiş ölkələrdə vasitəçi-
lərin sayı on, hətta yüz minlərlədir. Vasitəçi xidmətlərini
həm bir fiziki şəxs, həm də illik dövriyyəsi Rusiyanın xa-
rici tijarət dövriyyəsinə bərabər olan yapon soqosesya tipli
nəhəng kompaniyalar da göstərə bilər. Vasitəçilər isteh-
salçılardan, istehlakçılardan və başqa vasitəçi təşkilatlar-
dan hüquqi cəhətdən asılı deyillər. Onları həmin təşkilat-
larla müqavilə münasibətləri bağlayır. Bir hüquqi şəxsin
tərkibindəki satış və tədarükat
şöbələri vasitəçi hesab
olunmur.
Həm istehsalçılar, həm də istehlakçılar tez-tez qız
müəssisələri formasında vasitəçi təşkilatlar yaradırlar, bu
müəssisələrə onlar nəzarət səhm paketi vasitəsilə sahiblik
edir və praktiki olaraq belə müəssisələrə öz maraqlarına
uyğun olaraq rəhbərlik edirlər, amma hüquqi nöqteyi-
167
nəzərdən belə vasitəçilər müstəqil hesab olunurlar. İqtisadi
cəhətdən sivilizasiyalı ölkələrdə inkişaf etmiş bazar müna-
sibətləri ixtisaslaşmanı stimullaşdırır və öz aralarından
artıq halqaları çıxararaq və bununla da ümumi tədavül
məsrəflərini azaldaraq optimal vasitəçi zəncirini qurur.
İstənilən vasitəçi fəaliyyəti sahibkarlar tərəfindən mənfəət
əldə etmək məqsədilə həyata keçirilir. Vasitəçilər öz xid-
mətlərinə görə mükafatlar götürsələr də onların cəlb edil-
məsi əmtəə və xidmətlərin istehsalçılarına, alıcı və satıcı-
larına aşağıdakı üstünlükləri verir:
- vasitəçilər bazarın müəyyən sektorunda fəaliyyət
göstərərək, əmtəə və xidmətlərin müəyyən dəsti üzərində
ixtisaslaşaraq vasitəçilərə nisbətən belə məhsulların alışı
ilə maraqlı firmaları daha tez tapa bilər və bununla da
istehsal və ticarət kapitalının dövriyyəsini sürətləndirə
bilirlər;
- daimi olaraq bazar mühitində olmaqla, əmtəə və
xidmətlər üzrə tələb və təklifin dinamikasını öyrənməklə
vasitəçilər vaxtlı-vaxtında istehsalçıları əmtəə və xidmət-
lərin istehsalının hansı istiqamətdə inkişaf etdirilməsi üzrə
istiqamətləndirilə bilərlər, yəni vasitəçilər fasiləsiz olaraq
bazarın marketinq monitorinqini aparırlar;
Ticarət vasitəçiliyi dünya bazarında müxrəlif funk-
siyaları yerinə yetirirlər. İxracatçı və idxalatçılarla qar-
şılıqlı münasibətlərin xarakterindən və yerinə yetirilən
funksiyalardan asılı olaraq ticarət-vasitəçilik əməliyyatları
aşağıdakı növlərə bölünür:
- Əmtəələrin təkrar satışı üzrə əməliyyatlar;
- Komissiya əməliyyatları;
- Agent əməliyyatları;
168
- Broker əməliyyatları;
- Təkrar satış üzrə əməliyyatlar;
Təkrar satış üzrə əməliyyatları ticarət vasitəçisi
(tacir) öz adından və öz hesabına həyata keçirir. Belə növ
vasitəçi terminologiyası kifayət qədər müxtəlifdir və
onları daha çox tacir adlandırırlar: İngiltərə və ABŞ-da –
Merchant, Almaniyada – Handler, İsveçdə - handlande və
s. İngiltərədə qara metallar bazarında belə vasitəçiləri
stokholderlər (stockholders) adlandırırlar. Nyu-York birja-
sında öz hesabına şəkərlə ticarət edənləri operatorlar
(operator), London birjasında kakao ilə ticarət edənləri di-
lerlər (dealer), əlvan metal ticarətçilərini prinsipial (prin-
cipal) adlandırırlar. Bunun üçün tacir ixracatçıdan alqı-
satqı kontraktı üzrə əmtəələri satın alıb onun mülkiyyətçisi
olur və özünə əlverişli qiymətlə digər istehlakçılara
sataraq qiymət fərqindən mənfəət götürür.
Təkrara satışın digər növü müqavilə üzrə satış hü-
ququnun vasitəçiyə verilməsidir. Bu cür vasitəşi distri-
biuter adlanır. Bu halda əımtəə istehsalçısı-ixracatçısı öz
əmtəəsini müəyyən baza hüduduna və müəyyən dövrdə
satışı hüququnu distribiutere verir. Bu cür güzəştli şərtlə
əmtəələrin təkrar satış hüququnu alan distribüter bunun
əvəzinə ixracatçıya fəaliyyət göstərdiyi bazarın konyuk-
turası barədə operativ xəbər verir.
Milli mənsubiyyətinə görə vasitəçilər daxili bazarda
əmtəələrin tədavülünə şərait yaradan milli vasitəçilərə,
milli xarici ticarət vasitəçilərinə və xarici vasitəçilərə bö-
lünürlər. Milli vasitəçilərə xarici kapitalın onlardakı iştirak
payından asılı olmayaraq baş ofisləri ölkə ərazisində yer-
ləşən vasitəçilərə aid edilir. Fəaliyyət xarakteri və sahib-
karlarla münasibətlərin xüsusiyyətlərinə görə vasitəçilər
169
aşağıdakı növlərə bölünür:
Dostları ilə paylaş: |