6. Yüksək mərtəbəli yaşayış binalarının yanğına qarşı müdafiəsinin xarakterik xüsusiyyətləri Yüksək mərtəbəli yaşayış binalarının konstruktiv xüsusiyyətləri və yanğına qarşı mühafizə sisteminin saxlanılması haqqında biliklərin bütün sakinlər tərəfindən öyrənilməsinin zəruriliyi. Tüstülənməyən pilləkən qəfəsəsinin təyinatı.
Mərtəbələrin, tamburların və xolların qapılarının konstruktiv həlli. Qonşu mənzilə keçmək üçün eyvanların və ya keçidlərin quruluşu. Yuxarı mərtəbədəki eyvanların köçürmə lyuklarının təyinatı. Tüstüdən mühafizə və artıq hava təzyiqi sistemləri. Nasos yüksəldicilərinin işə salma qaydası. Tüstüdən mühafizə sisteminin işə salınması, yaşayış binalarında yanğın haqqında avtomatik xəbərverici ötürücülərin təyinatı.
7. Yanğın köməyinin çağırılması vəvətəndaşların yanğın zamanı hərəkətləri Yaşayış binasında rabitə vasitəsinin olması, ən yaxın telefon aparatlarının yerləşdiyi yerlər. Yanğın xidmətinin çağırılma qaydası. Yanğın bölməsini qarşılama qaydası. Yanğının söndürülməsi (daxili yanğın kranının, suyun, qumun və başqa vəsaitlərin istifadə olunması).
Əhalinin və adamların köçürülməsi. Yanğın təhlükəsi ilə üzləşən vətəndaşların davranış qaydası, yanğının ləğv edilməsi, köçürmə, tüstüdən zəhərlənmə. Yanğın zamanı zərər çəkənlərə ilkin köməyin göstərilmə qaydası.
Qoşma 6 İlkin yanğınsöndürmə vasitələrinin norması
№
Adı
Sahəsi kv.m
Odsöndürənlər
Qeyd
köpüklü
karbon qazı
1
İnzibati və ictimai binalar
a) dəhliz sistemində olan məişət xidməti otağı
Dəhlizin uzunluğuna ölçülən hər 20 metrinə
1
-
Hər mərtəbəyə iki dənədən az olmayaraq
b) dəhliz sistemində olmayan, vestibül daxil olmaqla
200
1
-
Hərmərtəbəyə bir dənədən az olmayaraq
c) hesablama mərkəzləri, maşın hesablayıcı stansiyalar, arxivlər, kitabxanalar
100
1
1
—
ç) çap etmə və üz köçürmə dəzgahlar olan otaqlar
200
1
1
Karbon qazlı odsöndürənlə yanaşı köpüklü odsöndürənlər qoyula bilər.
2
Laboratoriya
Hər otağın 50
1
—
—
3
Mətbəx, anbar, təmir emalatxanaları
/----/
1
—
—
4
Dəhliz sistemli mehmanxana, yataqxana, yaşayış və bağ evləri
Dəhlizin uzunluğuna ölçülən hər 20 metrinə
1
—
Hər mərtəbəyə 2 ədəddən az olmayaraq
5
Liftlərin maşın bölməsi
Hər otağın 100
1
1
—
6
Qazanxana
/----/
1
—
Qum ilə dolu yeşik, kürək və vedrə
7
Qaraj otağı
100
Hər otağa bir ədəddən az olmayaraq
—
—
8
Material anbarı
Hər 100
1
—
—
9
Klub, yeməkxana, iclas zalı.
200
1
Hər otağa bir ədəddən az olmayaraq
10
Kinoaparat kompleksi
/----/
1
—
—
11
Kənd yerlərində olan şəxsi bağ evləri, yaşayış evləri və digər tikililər.
/----/
1
—
Su ilə dolu çən, vedrə və nərdivan
Qeyd: İri mehmanxanalarda, yataqxanalarda, inzibati əhəmiyyətli binalarda ilkin yanğınsöndürmə vasitələri və odsöndürənlər görünən yerlərdə quraşdırılmış xüsusi lövhələrdə yerləşdirilə bilər.
Qoşma 7