Hazırlanma materialına görə: metal, qeyri-metal və kombinəedilmiş.
Tətbiqinə görə: dayaq, fiksasiyaedici və bərpaedici.
Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, güdüllü, teleskopik və ştiftli.
Hazırlanma üsuluna görə: tökmə, ştamplanmış və qaynaq edilmiş (tikişli).
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-68,72 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137-146, 146-149
201) Modelləşdirməyə aid olmayan şərt hansıdır?
A) Modelləşdirilən dişlə qonşu dişlər arasında qapağın qalınlığı qədər məsafə qalmalıdır
B) Sonuncu dil-damaq səthi modelləşdirilir
C) Antaqonistə uyğun olmalıdır
D) Bir səthdən digərinə keçid hamar olmalıdır
E) Diş qabarları kəskin nəzərə çarpmamalıdır
Sonuncu dil-damaq səthi modelləşdirilir
Modelləşdirməyə aşağıdakı şərtlər aiddir:
Bir səthdən digərinə keçid hamar olmalıdır
Modelləşdirilən dişlə qonşu dişlər arasında qapağın qalınlığı qədər məsafə qalmalıdır
Diş qabarları kəskin nəzərə çarpmamalıdır
Antaqonistə uyğun olmalıdır
Sonuncu modelləşdirilən səth yan səthdir (aproksimal)
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61
Dostları ilə paylaş: |