111
DÜNYA DİNLƏRİ
ardıcılları Məhəmməd peyğəmbərin qızı Fatimə və on iki imamın kəlam və
davranışlarını da hədis olaraq qəbul edirlər.
İslamın ilk dövrlərindən etibarən müsəlman alimləri, daha dəqiq desək,
hədisçilər Məhəmməd peyğəmbərlə bağlı çoxsaylı rəvayətləri toplayaraq onları
sistemləşdirmiş, hədis məcmuələri tərtib etmişlər. Məcmuələrdə yer alan hədis
mətnlərinin əvvəlində ravilər, yəni hədisləri nəql edən şəxslərin adları yaşadıqları
dövrə görə sıralama ilə verilmişdir.
Hədisçilər Məhəmməd peyğəmbərlə bağlı rəvayətlərin etibarlılıq
səviyyəsini müəyyənləşdirmək üçün ravilərin həyatlarından bəhs edən əsərlər
qələmə almışlar. Müsəlman alimləri həmin bioqrafik xarakterli kitablara
müraciət edərək ravilərin üstün və zəif əxlaqi keyfiyyətlərini (məs.: yalançı
və ya düz danışan olduqlarını) öyrənir, onların rəvayət etdikləri hədislərin
doğruluğunu yoxlayırlar. Bununla yanaşı, hədis elmində hədislər etibarlılıq
dərəcəsinə görə səhih, yaxşı, zəif, uydurma kimi müxtəlif kateqoriyalara
bölünmüşdür.
Dostları ilə paylaş: