MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
385
qayğı göstərməkdən əl çəkir, insanlara fərdi seçim imkanları yaradaraq onlardan
sərbəst şəkildə yararlanmağa təşviq edirdi. Yəni artıq dövlətin siyasəti təkyönlü
qayğı deyil, ikitərəfli qarşılıqlı fəaliyyət idi. Məhz bu ikitərəfli fəaliyyət 1998-ci
ildə qəbul edilmiş “İmkanlar təklif etmək, imkanlardan yararlanmaq” adlı yeni
siyasət
sənədinin, adından da göründüyü kimi, fundamental əsasını təşkil edir.
Yeni sənəd miqrantların mövcudluğunun legitimliyini qətiyyən şübhə
altına almır. Əksinə, sənədi qəbul edən hökumət açıq
şəkildə bildirirdi ki,
Hollandiya immiqrasiya ölkəsidir. Lakin burada multikulturalizmdən uzaqlaşma
və onun inteqrasiya ilə əvəz edilməsi, xüsusən də inteqrasiya siyasətində əsas
məsuliyyətin qəbul edən tərəfin üzərinə deyil, immiqrantların üzərinə düşməsi
vurğulanır.
Yeni siyasət vətəndaşlıq məsələlərinə də ciddi dəyişikliklər gətirmişdir.
Holandiyada sağ partiyalar iddia edirdilər ki, immiqrantların Hollandiya
vətəndaşlığı əldə etməsi onlara Avropa İttifaqı
daxilində rahat hərəkət edə
bilmələri baxımından sırf praktik məna kəsb edir və bu, onların Hollandiyaya
loyallığının göstəricisi və ya nəticəsi deyil. Hökumət bu debatları nəzərə alaraq
1997-ci ildə ikili vətəndaşlığı dayandırdı, lakin eyni zamanda istisnalar üçün
kifayət qədər yer qoydu.
İnteqrasiyanın gücləndirilməsi sahəsində atılmış addımlardan ən
mühümü 1997-ci ildə parlament tərəfindən ölkəyə yeni gələnlər üçün vətəndaş
inteqrasiyası haqqında qanunun qəbul edilməsidir. Bu qanuna əsasən, Avropa
İttifaqından olmayan hər bir miqrant müsahibə aparılması üçün yerli hakimiyyət
orqanlarına müraciət etməlidir. Müraciət etməyənləri 2269 avroya qədər
cərimə gözləyir. Bu müsahibə əsasında yerli hakimiyyət immiqrantın məcburi
dil kurslarında iştirak edib-etməyəcəyinə dair qərar qəbul edir. 600 saatlıq bu
kursların 500 saatı Holland dilinin öyrənilməsinə, 100 saatı isə sosial vərdişlər
və əmək bazarına həsr olunur. Kurslar pulsuzdur. Hökumət kursların ilk ilində
bu məqsədlə büdcədən 138 milyon avro vəsait ayırmışdır.
Hollandiyada multikulturalizm üzərində debatlar bu gün də davam et
-
məkdədir. Miqrantların inteqrasiyası ilə bağlı problemlər əvvəlki aktuallığını
qoruyub saxlayır. Zaman-zaman anti-multikulturalist fikirlər ictimai diskursda
üstünlük təşkil edir. Hollandiyada multikulturalizmin keçdiyi yol həm də siyasi
mübarizə ritorikasının bariz nümunəsidir.