155
MİLLİ DİNLƏR
dövrdən etibarən yəhudilər bir daha dövlət qura bilmədilər. Belə vəziyyət 15
may 1948-ci ildə İsrail dövlətinin qurulmasınadək davam etdi.
Qeyd edək ki, İkinci Məbədin yalnız qərb divarı
günümüzədək gəlib
çıxmışdır. “Ağlama divarı” adlanan bu tikili yəhudilər üçün müqəddəs sayılır.
Onu da qeyd etmək lazımdır ki, İkinci Məbəd dövründə yəhudilərin dini
dünyagörüşündə mühüm dəyişikliklər baş verdi. Bəzi alimlər hesab edirlər ki,
İkinci Məbəd dövründə müxtəlif xalqların mədəniyyətləri ilə yaxından təmasda
olan yəhudilər digər dini inancların təsiri altına düşmüşlər. Məsələn, bir sıra
tədqiqatçıların fikrincə, İblis, mələk, öldükdən sonra cismən dirilmə və sorğu-
suala çəkilmə,
qiyamət günü, cənnət və cəhənnəm haqqında inanclar yəhudi
ənənəsinə zərdüştilikdən keçmişdir.
Qüds şəhərindəki “Ağlama divarı”
.
Həmçinin İkinci Məbəd dövründə “Tora” (“Tövrat” və ya Musanın beş
kitabı) yəhudilərin dini və dünyəvi həyatlarında əsas rol oynamağa başladı.
Odur ki, İkinci Məbəd dövründə yəhudilər bu müqəddəs kitabın
öyrənilməsi
və şərhinə böyük əhəmiyyət vermişlər. Bu isə yəhudilikdə
fariseylər
adlanan
dini-ictimai cərəyanın yaranmasına səbəb olmuşdur. Fariseylər cərəyanı yəhudi
cəmiyyətinin müxtəlif təbəqələrinə məxsus olan azad düşüncəli şəxslərdən
ibarət idi. Özlərini “Tora”nın öyrənilməsinə həsr edən fariseylər dini hökmləri
gündəlik həyata uyğunlaşdırmağa çalışırdılar.
MULTİKULTURALİZMƏ GİRİŞ
156
İkinci Məbəd dövründə yəhudilər arasında fariseylərlə yanaşı,
Dostları ilə paylaş: